İdman gimnastikası üzrə millimiz “Çelenc” kubokunda iştirak edəcək
Tarix: 11.02.2016 | Saat: 00:50:00 | E-mail | Çapa göndər


Fevralın 19-21-də Bakıda idman gimnastikası üzrə dünya “Çelenc” kuboku yarışları keçiriləcək. Turnirdə ölkəmizi 6 gimnast
təmsil edəcək.

Kişilərin yarışında “Bakı-2015”-də 5 medala sahib olan Oleq Stepko və komanda hesabında onunla birgə bürünc mükafat qazanan Petro Paxnyuk gücünü sınayacaq. Qadın idmançılarının mübarizəsində isə dünya “Çelenc” kubokunun gümüş medalçısı (müxtəlif hündürlüklü qollar) Kristina Pravdina, həmçinin Marina Nekrasova, Yuliya İnşina və Mariya Smirnova komandamıza uğur qazandırmağa çalışacaq. Milli Gimnastika Arenasında keçiriləcək turnirə 19 ölkədən, ümumilikdə 146 qonaq gələcək. Yarışlarda ayrı-ayrı alətlər üzrə medallar uğrunda isə 46 kişi və 22 qadın gimnast mübarizə aparacaq. Dünya “Çelenc” kuboku yarışlarının ilk iki günündə təsnifat mərhələləri, sonuncu gün ayrı-ayrı alətlər üzrə finallar keçiriləcək. Qeyd edək ki, tamaşaçıların yarışlardan zövq alması üçün müxtəlif müsabiqələr və əyləncə xarakterli fləşmoblar da planlaşdırılır.




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“London-2018”: Maqnus Karlsen və Fabiano Karuanadan növbəti heç-heçə
13.11.2018
Aşihara karateçilərimiz dünya çempionatında 8 medal qazanıblar
13.11.2018
Karateçilərimiz dünya çempionatını üç medalla başa vurublar
13.11.2018
KİV: Santyaqo Solari “Real Madrid“in baş məşqçisi olacaq
13.11.2018
Messi mövsümün ən yaxşı oyunçusu mükafatını aldı

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10463

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info