Fondun Nizami RİH-lə birgə keçirdiyi müsabiqənin nəticələri açıqlanıb
Tarix: 11.02.2016 | Saat: 01:25:00 | E-mail | Çapa göndər


Dünən Nizami Rayon İcra Hakimiyyətinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş hesabat iclası keçirilib. Tədbirdə, həmçinin Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun və Nizami Rayon İcra Hakimiyyətinin birgə elan etdikləri "Nizami rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər" mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanıb, qaliblər mükafatlandırılıblar.
Tədbirdə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov, Fondun icraçı direktoru Vüqar Səfərli, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul işçisi Tağı Tağıyev, Milli Məclisin deputatları - Sədaqət Vəliyeva, Rüfət Quliyev, Rasim Musabəyov, Flora Qasımova, eləcə də rayonun müxtəlif idarə, müəssisə və təşkilatlarının, ölkənin 30-dək aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri və qalib jurnalistlər iştirak ediblər. Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov tədbiri giriş sözü ilə açaraq Prezidentin rəhbərliyi ilə son illər Nizami rayonunun sürətli inkişaf yolu keçdiyini vurğulayıb. İcra Hakimiyyətinin başçısı 2015-ci ildə rayon iqtisadiyyatının müxtəlif sahələrində əldə olunmuş nailiyyətləri statistik rəqəmlər əsasında diqqətə çatdıraraq, tədbir iştirakşılarını rayonun sosial-iqtisadi, mədəni və humanitar sahələrdəki uğurlarından bəhs edən filmə baxmağa dəvət edib. Hesabat xarakterli filmdə qlobal böhran şəraitində ötən il rayon iqtisadiyyatının müxtəlif sahələrində əldə olunmuş mühüm uğurlardan, sahibkarlığın inkişafına xidmət edən tədbirlərdən, iri istehsal və emal müəssisələrinin fəaliyyətindən bəhs olunub. Nizami rayonunun abadlıq-quruculuq, eləcə də təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə əldə etdiyi nailiyyətlər konkret fakt və görüntülər əsasında tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Hesabat iclasında çıxış edən Milli Məclisin deputatları - Sədaqət Vəliyeva, Flora Qasımova, Rasim Musabəyov qlobal böhran şəraitində müstəqil respublikamızın bütün sahələrdə dinamik inkişaf yolu keçdiyini, qlobal layihələrin icrasının davam etdirildiyini, mühüm sosial layihələrin reallaşdırıldığını diqqətə çatdırıblar. Natiqlər ölkə başçısının antibohran proqramının reallaşdırılması üçün qarşıda duran vəzifələrdən söz açıb, habelə Nizami RİH-in 2015-ci ilin yekunlarına həsr olunmuş hesabatını qənaətbəxş dəyərləndiriblər. Tədbirdə çıxış edən Prezident Administrasiyasının məsul işçisi Tağı Tağıyev ötən ilin respublikamız üçün uğurlu olduğunu, müxtəlif sahələrdə mühüm nailiyyətlərin qazanıldığını konkret faktlar əsasında tədbir iştirakçılarının diqqətinə çatdırıb, habelə Nizami rayonunda görülmüş işləri yüksək qiymətləndirib. Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov rayonda görülən işlərin, əldə olunmuş uğurların və nöqsanların ictimaiyyətə obyektiv şəkildə çatdırılmasında kütləvi informasiya vasitələrinin rolunu yüksək dəyərləndirib. Fondla birgə təşkil olunan fərdi jurnalist müsabiqələrinin əhəmiyyətini bu baxımdan xüsusilə qeyd edən rayon İcra Hakimiyyətinin başçısı müsabiqənin yekun nəticələri barədə danışmaq üçün sözü Fondun icraçı direktoru Vüqar Səfərliyə verib.
İcraçı direktor tədbir iştirakçılarını salamlayaraq bildirib ki, hesabat iclasında nümayiş olunan filmdə əksini tapmış makroiqtisadi göstəricilər Nizami rayonunun ötən il sürətli inkişaf yolu keçdiyini bir daha təsdiqləyir. Tarixə çevrilmiş 2015-ci ilin Azərbaycan üçün bir sıra hadisələrlə əlamətdar olduğunu deyən Vüqar Səfərli ölkəmizdə ilk Avropa Oyunlarının təşkilini, Azərbaycan Respublikası Prezidentinin imzaladığı sərəncamlarla milli mətbuatın 140 illik yubiley tədbirlərinin təşkil olunduğunu, 180 nəfər jurnalistin fəxri ad, orden, medal və fəxri diplomlarla təltif edildiyini diqqətə çatdırıb. İcraçı direktor Fondun 2015-ci ildə KİV-lərin maddi-texniki bazasının möhkəmləndirilməsi, ölkə jurnalistlərinin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, sosial vəziyyətlərinin yaxşılaşdırılması və digər proritet istiqamətlərdə gerçəkləşdirdiyi layihələr barədə ətraflı məlumat verib. Vüqar Səfərli, həmçinin bildirib ki, fərdi jurnalist yazıları müsabiqələrinin təşkilində məqsəd mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə KİV-lər arasında əlaqələrin genişləndirilməsi, görülən işlərin ictimaiyyətə dolğun və obyektiv şəkildə çatdırılması, habelə jurnalistlərin yaradıcı əməyinin stimullaşdırılmasıdır. Fondun Nizami RİH-lə birgə indiyədək 4-cü dəfə fərdi jurnalist yazıları müsabiqəsi təşkil etdiyini diqqətə çatdıran Vüqar Səfərli 2015-ci il noyabrın 25-dən 2016-cı il yanvarın 21-dək davam etmiş sonuncu müsabiqəyə 27 kütləvi informasiya vasitəsindən 48 yazının təqdim edildiyini bildirib. İcraçı direktor ekspertlərin rəyinə əsasən, müsabiqə üzrə 6 nəfər jurnalistin əsas, 10 nəfər jurnalistin həvəsləndirici mükafata layiq görüldüyünü, ümumilikdə 16 nəfər jurnalistin mükafatlandırılması barədə qərarın qəbul olunduğunu qeyd edib. V.Səfərli çıxışının sonunda Fondla səmərəli əməkdaşlığına görə Nizami RİH-in rəhbərliyinə minnətdarlığını bildirib, habelə belə tədbirlərin gələcəkdə də davam etdiriləcəyinə ümidvar olduğunu vurğulayıb. Sonra müsabiqənin qaliblərinə diplom və mükafatlar təqdim edilib. Hesabat iclasının sonunda Prezidentə müraciət qəbul olunub.
Cavidan





 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info