Ölkələrin xarici borcları
Tarix: 11.02.2016 | Saat: 01:28:00 | E-mail | Çapa göndər


İraq hökuməti ölkədəki iqtisadi böhranın neftin qiymətlərinin aşağı düşməsi ilə bağlı olduğunu açıqlayıb.
İraq Nazirlər Kabinetinin toplantısından sonra hökumətin ofisindən yayılan açıqlamada qeyd edilir ki, dünya ölkələri neftin qiymətinin aşağı düşməsindən təsirlənib, İraq da dünyanın bir parçası olduğundan ölkə böhranın təsirlərini yaşayır. Hökumət nazirliklərə xərclərinə nəzarət etmək və maksimum dərəcədə qənaət etməyi tapşırıb.

Rusiyada real ödənişlər
9,5 faiz aşağı düşüb

Rusiya əmək və sosial müdafiə naziri Maksim Topilin, Rusiyada real ödənişlərin keçən il 9,5 faiz aşağı düşdüyünü, bunun da daha əvvəl yaşanan iqtisadi böhrandan daha böyük olduğunu qeyd edib.
TASS-ın yaydığı xəbərə görə, Maksim Topilin, Avropa Ticarət Birliyi nümayəndələri ilə Moskvada bir araya gəlib. Əmək və Sosial Müdafiə Nazirliyinin məşğulluq mövzusunda dəstək məqsədi ilə 10 milyard rubl (133 milyon dollar) büdcə ayırdığını dilə gətirən Topilin, işsizlik nisbətinin 6 faiz səviyyəsini aşmasını gözləmədiklərini ifadə edib.

Makedoniyanın xarici borcu 7 milyard dollara çatıb
Türkiyənin “Vatan” qəzeti ölkələrin xarici borcları ilə bağlı maraqlı məlumat yayıb. Burada göstərilir ki, Makedoniyanın hazırkı xarici borcu 7 milyard dollardır.
Moldovanın 6 milyard, Ermənistanın 5 milyard , Gürcüstan 13, Salvadorun 15, Estoniya və Kosta-Rikanın 21, Uruqvayın 25, Tunisin 27, Litvanın 32, Latviyanın 38, Rusiyanın 38, Misirin 40 milyard dollat xarici borcu var. Beynəlxalq Valyuta Fondunun hesablamalarında ölkələrin 2015 və 2016-cı ilin böyümə rəqəmləri da əksini tapıb. Burada isə göstərilir ki, 2016-cı ildə ən az inkişaf sürəti olacaq ölkələr bunlardır- Venesuela mənfi 6, Yunanıstan mənfi 1,30, Braziliya mənfi 1,04, Argentina mənfi 0,75, Rusiya mənfi 0,63 faiz təşkil edir. Nəhayət, ölkələrin inkişaf sürətinə görə ən yüksək yeri 7,46 faizlə Hindistan tutur.
Nigar




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Avropa İttifaqı vahid kəşfiyyat mərkəzi yaradır
19.11.2018
İranda bahalaşma davam edir
19.11.2018
Ermənistanda bir qrup şəxs istefa tələbi ilə katolikos II Qareginin ofisinə hücum edib
19.11.2018
“Bu gün Ermənistan-Belarus münasibətlərinin böhran həddinə çatdığı göz önündədir”
18.11.2018
Ermənistanda cinayətlərin sayı artır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10502

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info