“Bəzi qüvvələr tələbələri təhsildən yayındırmaq istəyir”
Tarix: 21.02.2013 | Saat: 23:08:00 | E-mail | Çapa göndər


Asif Əsgərli: “Siyasi dəllallardan fərqli olaraq, Azərbaycan tələbələri təhsili, biliyi, oxumağı,

qlobal maarifçiliyi əsas meyar kimi qəbul edirlər”
Bu gün Azərbaycan gəncliyi ictimai-siyasi sabitliyin tərəfdarı olduğu halda, müxalif qüvvələr onu yanlış yollara çəkməyə cəhd edirlər. Bu azmış kimi, onlar tələbələri öz çirkablarına bulamağa çalışırlar. Ona görə də müxalifət Azərbaycanda sosial şəbəkələrin birində 27 fevral tarixini “Azərbaycan tələbələrinin boykot günü” kimi elab edib.

Amma bu cür yüngül siyasi gedişlə heç nəyə nail olmaq olmaz. Çünki artıq gəncliyimiz öz seçimini edib və ictimai asayişi pozanlara qarşı çıxır. Bu baxımdan vətənini sevən, aydın düşüncəli gənclər belə qara kampaniyalara etirazlarını bildirirlər. Demokratik Tələbə Gənclər Təşkilatının sədri Asif Əsgərli bu “kampaniya” ilə bağlı öz fikirlərini bizimlə bölüşüb.
DTGT sədri qeyd edib ki, hər bir millətin ayaqda durmasında, inkişafında və qlobal dünyada öz layiqli yerini tutmasında təhsilin rolu danılmazdır: “Müasir dövrümüzdə bunun bariz nümunəsini aparıcı Qərbi Avropa ölkələrinin, Yaponiya, Cənubi Koreya və digər elm və təhsil nəhənglərinin timsalında görürük. Təbii ki, təhsil deyəndə onun bütün mərhələ və pillələri önəmli sayılsa da, məhz ali məktəblər, universitetlər və tələbə potensialı əsas aparıcı sahə kimi qəbul olunur. Universitetlər və tələbələr isə heç də hər zaman klassik formada hərtərəfli təhsil məkanı və daşıyıcıları olmayıblar. XX əsrin 60-cı illərində Avropada, xüsusilə də Fransada universitet tələbələrinin kütləvi etirazlara cəlb olunması ölkənin təhsil sistemini “laxlatdı” və hökuməti ciddi siyasi və hüquqi qərarlar qəbul etməyə vadar etdi. Yeni qaydalarla universitetlər və tələbələr formal təhsil proqramında bütün növ siyasi fəaliyyətlərdən kənarda qaldılar və bu qərarlara qarşı olanlar sərt cəzalarla üzləşdilər. Təbii ki, təhsilini, millətinin gələcəyini düşünən hökumət universitetlərini və tələbələrini hər cür siyasi intriqa və təxribatlardan qorumağı bacardı və təhsilin hər şeydən önəmli olmasına bütün ölkə ictimaiyyətini hazırladı”.
A.Əsgərli onu da diqqətə çatdırıb ki, ölkədə bir sıra qüvvələr var ki, tələbələri təhsildən yayındıraraq, onları siyasi proseslərə alət etmək istəyir: “Bunlar son günlər bəzi kütləvi informasiya vasitələrində, xüsusilə də sosial şəbəkələrdə tələbələrimizi, ali təhsil müəssisələrimizi boykota çağıran, tədris prosesini pozmaq istəyən, təhsil alan gənclərimizi "öz yanlarında görmək istəyən" siyasi oyunbazlara, siyasi məqsədlər üçün cəmiyyətin bu avanqard qüvvəsi hesabına özlərinə siyasi xallar toplamaq istəyən “lidercik”lərdir”.
Onun fikrincə, əslində bu çağırışları edənlərin, təhsilimizin dinamik inkişaf məcrasını dəyişmək istəyənlərin təhsilə və tələbə potensialına heç bir aidiyyəti yoxdur: “Burada məqsəd siyasi müstəvini aktiv, cəmiyyətin avanqard qüvvələrinin toplaşdığı universitetlərə keçirməkdir. Çünki bu “siyasi qüvvə”lərin nəinki hansısa bir siyasi arenada, heç üfüqdə də yer və rolları qalmayıb. Aydın görünən bu aksiom fonunda “siyasi lidercik”lər qlobal maarifçiliyə, inteqrasiyaya, akademik inkişafa istiqamətlənən təhsilimizi boykota çağırır, nəinki görünməsi, heç ağıla gətirilməsi mümkün olmayan şəkildə tələbə və gəncləri "öz yanlarında" görmək istəyirlər”.
A.Əsgərli bildirib ki, siyasi dəllallardan fərqli olaraq, Azərbaycan tələbələri təhsili, biliyi, oxumağı, qlobal maarifçiliyi əsas meyar kimi qəbul edirlər: “Müxalifət isə bunlardan tamamilə kənardır. Müxalifətin bilərəkdən qəbul etməməsinə baxmayaraq, Azərbaycan tələbələri son illər təhsilin maddi-texniki və metodik bazasının artan imkan və resurslarından faydalanmağı daha üstün tuturlar. Onların arzu və xəyallarında qalacaq şəkildə Azərbaycan tələbələri daim gəncliyin və təhsilin inkişafını prioritet fəaliyyətlərindən sayan ölkə Prezidenti İlham Əliyevin və onun kursunun yanında olacaqlar. Bütün siyasi canfəşanlığınıza, pafoslu, reallıqdan uzaq vədlərinizə rəğmən, Azərbaycan tələbələri sizləri boykot edəcək və çağdaş siyasi arenada yerinizin olmadığını göstərəcəklər. Hər bir vətəndaşın, ictimai birliyin və siyasi hərəkatın təhsilə, tələbələrə çağırışı yalnız biliklər qazanmaq və dünyagörüşü artırmaq fonunda olmalıdır. Bu iradəni, siyasəti qoyun ortaya, cənablar, siyasi maraqları yox!”.
Fuad HÜSEYNZADƏ




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
İN: Qondarma qurumun ABŞ ərazisində təşviqi bu ölkənin Minsk qrupunun həmsədri kimi öhdəlikləri ilə ziddiyyət təşkil edir
17.11.2018
ATƏT-in Minsk qrupu işğalçı Ermənistana təzyiq göstərmək üçün bütün alətlərdən maksimum istifadə etməlidir
17.11.2018
Ermənistan Belarus və Qazaxıstanla KTMT-də müttəfiq dövlət olmasına baxmayaraq, ciddi tərəfdaş kimi qəbul olunmur
17.11.2018
Rəsmi Bakı: Belə qərəzli addımlar Fransanın Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır
17.11.2018
Fransalı deputatların Saakyanla mümkün görüşü Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi statusuna zidd olacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10495

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info