“Formula-1” Avropa Qran Prisinin akkreditasiya qaydaları açıqlanıb
Tarix: 11.02.2016 | Saat: 15:34:00 | E-mail | Çapa göndər


Bakı Şəhər Halqası (BŞH) yerli Kütləvi İnformasiya Vasitələrinin (KİV) nümayəndələri üçün Formula-1 Avropa Qran Prisinin akkreditasiya qaydalarına həsr olunmuş seminar keçirib.
Tədbirdə “Formula-1”-in akkreditasiya prosesi haqda ətraflı məlumat verilib. Bildirilib ki, yerli media nümayəndələri üçün nəzərdə tutulan akkreditasiya prosesi 1-31 mart tarixləri arasında onlayn qaydada, BŞH-in rəsmi internet saytında – bakucitycircuit.com vasitəsilə həyata keçiriləcək.
Seminarda iştirakçılara akkreditasiya qaydaları izah edilib. Bildirilib ki, müraciət edən KİV  çap mətbuatdırsa, ictimai satışda olmalıdır: “Eyni zamanda, müraciət edən gündəlik və həftəlik KİV-lərin tirajına baxılacaq. Qapalı dövriyyədə olan əlavə mətbuat orqanlarına bir qayda olaraq akkreditasiya verilmir. Lakin tiraj və oxunma reytinqi yüksək olan qəzet və jurnallar istisna təşkil edir. Hər hansı reklam agentliyi, sponsor, ictimai xadim, kommersiya nümayəndəsi heç bir halda media olaraq akkreditasiyadan keçə bilməz. Daimi akkreditasiya yalnız Formula-1 mövsümünün bütün yarışlarını, yarış hesabatı da daxil olmaqla mütəmadi işıqlandıran jurnalistlər üçün nəzərdə tutulub. Hər hansı bir mətbuat orqanı üçün bir qayda olaraq 1 nəfər jurnalist və 1 nəfər fotoqraf akkreditasiya oluna bilər”.
Seminarda internet saytlar üçün də akkreditasiya tələbləri açıqlanıb: “Müraciət edən KİV peşəkar səviyyəli vebsayt olmalıdır. Müraciət edən şəxs saytın idman jurnalisti olmalıdır. KİV idman və ya F1 dünya çempionatına aid xüsusi bölməsi olan ümumi xəbər saytı olmalıdır. Eyni zamanda, saytın gündəlik ziyarətçi sayı göstərilməlidir. Akkreditasiya üçün müraciət edən jurnalistlər, vebsaytlar əsasən, həmin yarışla bağlı silsilə məqalələr və həftədə 5 dəfə olaraq yazılar çap etməlidir”.
Qeyd olunub ki, televiziya, radio və kommersiya tipli foto agentliklərin akkreditasiyası Beynəlxalq Avtomobil Federasiyası (FİA) tərəfindən verilən ənənəvi media akkreditasiya növü hesab olunmur: “Televiziya, radio və kommersiya məqsədli fotoqraflar F1-in kommersiya hüquqlarına nəzarət edən qurum kimi Formula One Management şirkətinə (FOM) birbaşa müraciət etməlidir”.
 
Seminarda o da bildirilib ki, onlayn müraciət forması ilə yanaşı, tələb olunan 4 sənəd skan olunaraq elektron şəkildə təqdim edilməlidir: “Bunlar rəsmi blank kağızında tərtib olunmuş və yalnız baş redaktor tərəfindən imzalanmış müraciət məktubudur ki, bu məktubda qurumun baş redaktoru jurnalistin hər hansı formada FİA akkreditasiyasına müraciət etməyəcəyinə və yarışla bağlı məqalələrin dərcinə dair öhdəlik götürür. Bundan başqa, jurnalist-fotoqraf vəsiqəsi, ağ fonda pasport ölçülü (3x4) peşəkar fotoşəkil və akkreditasiya müraciət gününədək nəşr olunmuş və ya onlayn məqalənin scan və ya screenshot forması təqdim edilməlidir. Jurnalistin akkreditasiya müraciətinə müsbət cavab verildiyi halda onun e-mail ünvanına təsdiq cavabı ilə yanaşı müqavilə forması göndəriləcək. Bu müqavilə forması çap olunub imzalanaraq, akkreditasiya kartını təhvil alarkən akkreditasiya mərkəzinə təqdim edilməlidir. Çap olunmuş təsdiq e-mail və imzalanmış müqavilə təqdim olunmadığı halda akkreditasiya təqdim olunmayacaq”.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Bu il Azərbaycana 193 ölkədən 1,9 milyon əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib
18.09.2018
Ağsuda dini ayinlərin qanunazidd icrası faktı aşkarlanıb
18.09.2018
Aeroportda mülki pilotsuz aparatların uçuşlarına Vahid Nəzarət Mərkəzi yaradılır
18.09.2018
Təhlükəsiz avtomobil idarəetmə mövzusunda dəyirmi masa
18.09.2018
“Maarifləndirici tədbirlərin nəticəsi olacaq”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
3 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info