“Afrika İttifaqı Azərbaycanla əməkdaşlığa hazırdır”
Tarix: 11.02.2016 | Saat: 16:03:00 | E-mail | Çapa göndər


Azərbaycanın Afrika İttifaqı yanında Daimi nümayəndəsi, səfir Elman Abdullayev fevralın 10-da Afrika İttifaqının İqtisadi məsələləri üzrə komissarı Antoni Motae Marupinq ilə görüşüb.
Bu barədə nümayəndəlikdən məlumat verilib.
Azərbaycanın təşəbbüsü və dəstəyi ilə regionda həyata keçirilən nəhəng enerji və infrastruktur layihələri barədə məlumat verən səfir E.Abdullayev ölkəmizin regionun liderinə çevrildiyini onun diqqətinə çatdırıb. Səfir E.Abdullayev ölkəmizin bir çox sahələrdə böyük uğurlara imza atdığını vurğulayıb.
İqtisadi məsələləri üzrə komissar Marupinq Azərbaycanın qazandığı uğurları dəyərləndirdiyini bildirərək, Afrika İttifaqının ölkəmizlə əməkdaşlığa hazır olduğunu vurğulayıb. Cənab Marupinq Afrika İttifaqının fəaliyyət planı hesab edilən “Agenda 2063” haqqında ətraflı məlumat verib və həmin fəaliyyət planının həyata keçirilməsi zamanı Azərbaycanın zəngin təcrübəsinin nəzərə alınması vacibliyini qeyd edib.

Tural




 
Bölməyə aid digər xəbərlər
17.09.2019
Aslan İsmayılov və oğlu erməni casusun “qolları arasında“ - DTX-nı hərəkətə keçirəcək şok FOTOLAR
17.09.2019
PA rəsmisi: Ermənistan və Azərbaycan xarici işlər nazirləri bu ayın sonunda görüşə bilər
17.09.2019
Əli Əhmədov: Müxalifətin virtual növünün başında Əli Kərimli və xarici ölkələrdə sığınacaq almış fərdlər durur
17.09.2019
Misir ilə Azərbaycan arasında bütün sahələrdə münasibətlər sürətlə inkişaf edir
16.09.2019
Türkiyənin Vitse-prezidenti Fuat Oktay “ASAN xidmət“ mərkəzi ilə tanış olub

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Daxili İşlər nazirindən yeni təyinat
3 Prezident Bakı Metropoliteninin “Xətai” stansiyasında görülən işlərlə tanış olub
4 Masallı rayonunun Çaxırlı ərazisinin Kəlbəhüseynli kəndində səyyar görüş
5 5 mindən artıq müəllimin maaşı 1000 manatı ötüb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info