Milli Məclisinin rəsmi nümayəndə heyəti İsrail Knessetində
Tarix: 11.02.2016 | Saat: 16:14:00 | E-mail | Çapa göndər


Azərbaycan parlamentarilərinin bir qrupu İsrailə üç günlük səfərə gəlib. Nümayəndə heyətinə Milli Məclisin müxtəlif partiyaları təmsil edən deputatları: Səməd Seyidov, Asim Mollazadə, Yevda Abramov və Sevinc Fətəliyeva, habelə Bakıdakı İsrail Mərkəzinin rəhbəri Emiliya Xudiyeva daxildir.
Fevralın 10-da nümayəndə heyəti İsrail Knessetində olub. Qeyd etmək lazımdır ki, Yevda Abramov, Səməd Seyidov və Azərbaycan Parlamentinin digər üzvləri bundan əvvəl də İsrail parlamentində olublar, lakin “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasından verilən məlumata görə, iki dövlətin münasibətləri tarixində ilk dəfə olaraq Azərbaycan Milli Məclisinin rəsmi nümayəndə heyəti Knessetdə qəbul edilib.
Qonaqları əvvəlcə İsrail-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri, “İsrail bizim evimizdir” partiyasının rəhbəri, Knessetin deputatı Aviqdor Liberman qəbul edib. A. Liberman söhbət zamanı iki ölkə arasında münasibətlərin daha da inkişaf etdirilməsinə dair bir sıra təkliflər, ictimai təşkilatları, o cümlədən beynəlxalq qurumları bu əlaqələrə daha fəal cəlb etmək ideyasını irəli sürüb.
Sonra Knessetin beynəlxalq məsələlər və müdafiə komissiyasının sədri Tsaxi Aneqbi və Knessetin spikeri Yuli Edelşteyn ilə görüşlər olub. Bu görüşlərdə Knessetin deputatları Sofa Landver, Maykl Oren, Robert İlatov, “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının baş direktoru Lev Spivak və Assosiasiyanın direktorlar şurasının üzvü Şaul Siman-Tov iştirak ediblər.
Günün ikinci yarısında qonaqlar Holokost qurbanlarının “Yad va-Şem” xatirə kompleksində olublar.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Nigeriyada silahlı toqquşmalar zamanı 66 nəfər həlak olub
21.02.2019
Baltik ölkələrində yeni bank qalmaqalı yaşanır
21.02.2019
Nazarbayev hökuməti istefaya göndərib
21.02.2019
“The Washington Post”: “Pentaqon Suriyanın şimalında bufer-zona yaradılması ilə bağlı plan hazırlayıb”
21.02.2019
Mayk Pompeo RUA telekanalına müsahibә verdi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10611

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
3 ABŞ-da atışma: xəsarət alanlar var
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info