“Qızıl ulduzlu qəhrəmanlarımız“ hərbi-vətənpərvərlik tədbirlərinə start verilib
Tarix: 11.02.2016 | Saat: 17:10:00 | E-mail | Çapa göndər


Müdafiə Nazirliyi "Qızıl ulduzlu qəhrəmanlarımız" silsiləsindən hərbi-vətənpərvərlik tədbirlərinə start verib.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycanın Milli Qəhrəmanı, şəhid Namiq Abdullayevin xatirəsinə həsr olunmuş ilk tədbir Ağcabədi rayonunda keçirilib. Əvvəlcə Müdafiə Nazirliyinin rəsmiləri, Beyləqan, Füzuli, Ağcabədi bölgələrində ön səngərdə xidmət edən hərbi qulluqçular, eləcə də rayon ictimaiyyətinin nümayəndələri və şəhidin doğulduğu Avşar kəndinin ağsaqqalları, ziyalılar, müharibə əlilləri, veteranlar, şəhid valideynləri kənd qəbiristanlığına gedərək 1993-cü il fevralın 9-da Xocavənd uğrunda döyüşlərdə qəhrəmanlıqla şəhid olmuş N.Abdullayevin məzarını ziyarət ediblər. Ön səngərdən gələn əsgərlər Milli Qəhrəmanın məzarı önündə bundan sonra da Vətənə, xalqa, dövlətə sədaqətlə xidmət edəcəklərinə and içiblər.
Sonra şəhidin ailəsi ilə görüş keçirilib. Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin təsis etdiyi və Milli Qəhrəmanın ölümündən sonra təltif edildiyi "Fədai" medalı şəhidin ailəsinə təqdim olunub.
 
Əməkdar incəsənət xadimi polkovnik Abdulla Qurbaninin ssenarisi və rejissorluğu ilə keçirilən anma mərasimi Ağcabədi şəhər Üzeyir Hacıbəyli adına Qarabağ Muğam Mərkəzində davam edib. Silahlı Qüvvələrin Mahnı və Rəqs Ansamblının, tanınmış incəsənət xadimlərinin iştirakı ilə təqdim edilən ədəbi-musiqili rekviyem-kompozisiya tamaşaçılarda böyük maraq doğurub. Xalq artisti Pərvanə Qurbanova, əməkdar artist Sevinc Sarıyeva və başqalarının çıxışları alqışlarla qarşılanıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib
20.09.2018
Prezidentin köməkçisi: “Ərazilərin minalardan təmizlənməsi humanist missiyadır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info