Emomali Raxmon: “Tacikistan Bakı-Tiflis-Qars dəmiryolu ilə Avropaya çıxacaq”
Tarix: 21.02.2013 | Saat: 23:09:00 | E-mail | Çapa göndər


Tacikistan Respublikasının prezidenti Emomali Raxmon Azərbaycanın Tacikistandakı fövqəladə və səlahiyyətli səfiri Abbasəli Həsənovu qəbul edib. Bu barədə Azərbaycanın Tacikistandakı səfirliyinə istinadən məlumat verilir.
Görüş zamanı Tacikistanla Azərbaycan arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq və onun perspektivləri müzakirə olunub.
Qeyd olunub ki, çoxtərəfli əməkdaşlıq çərçivəsində, Bakı-Tiflis-Qars dəmiryolu tikintisinin başa çatması nəzərə alınaraq, Tacikistanın Əfqanıstan - Türkmənistan - BTQ dəmir yolu xətti ilə Avropaya çıxmaq üçün intensiv işlər aparılır. Prezident Emomali Raxmon səfirə bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın bütün sahələrdə dinamik və sürətli inkişafı Tacikistanı sevindirir. Söhbət zamanı qardaş ölkələr arasında müxtəlif səviyyələrdə, eləcə də, ən yüksək siyasi səviyyədə imzalanmış çoxsaylı sənədlərin və sazişlərin əməli tətbiqi sahəsində işlərin gücləndirilməsi və sürətləndirilməsi vurğulanıb. Qeyd olunub ki, sözügedən sənədlərin effektiv və səmərəli həyata keçirilməsi iki dost və qardaş dövlətin münasibətlərini yeni səviyyəyə qaldıracaq. Prezident Emomali Raxmon Tacikistanda Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı silsilə elmi-mədəni tədbirlərin keçirilməsini dəstəkləyib. Görüş zamanı tərəflər üçün maraq doğuran digər aktual məsələlər də müzakirə olunub, fikir mübadiləsi aparılıb.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Qalust Qriqoryanın “yeni kəşfi”
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info