Ötən ay axtarışda olan 375 nəfər saxlanılıb
Tarix: 11.02.2016 | Saat: 17:17:00 | E-mail | Çapa göndər


2016-cı ilin yanvar ayı ərzində dövlət sərhədini pozduqları üçün 27 halda 46 nəfər saxlanılıb.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən verilən məlumata görə, onların 16 nəfəri Azərbaycan, 13 nəfəri Banqladeş, 4 nəfəri Pakistan, 3 nəfəri Özbəkistan, 3 nəfəri İran İslam Respublikası, 3 nəfəri Nigeriya, hər ölkədən bir nəfər olmaqla Türkmənistan, Əfqanıstan, Qambiya vətəndaşları olubar.
Sərhəd rejim qaydalarını pozduqlarına görə yaşıl sərhəddə 3 halda 5 nəfər, Xəzər dənizində 4 halda 6 nəfər saxlanılaraq barələrində müvafiq tədbir görülüb.
Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 375 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.
Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 8 halda 10 kiloqram 972 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.
Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində 53 halda ümumi dəyəri təqribən 336 min manat olan qaçaqmal, o cümlədən 1 ədəd siqnal tapançası, RPK-74 silahı üçün 1 ədəd daraq, 41 ədəd 5,45 mm-lik patron, 2 ədəd beşbarmaq, 51600 Azərbaycan manatı, 2300 ABŞ valyutası, 500 Avropa valyutası, 12186 qutu siqaret, 34 ədəd mobil telefon, 1940 qutu pirotexniki vasitə, 9968 ədəd dərman preparatları, 1 baş at, müxtəlif ərzaq və sənaye malları saxlanılıb.
Dövlət sərhədlərimizin etibarlı mühafizəsinin təşkili istiqamətində tədbirlər davam etdirilir.


Tural




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info