AŞPA-nın nüfuzuna böyük zərbə
Tarix: 11.02.2016 | Saat: 17:56:00 | E-mail | Çapa göndər


“Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Dağlıq Qarabağla bağlı qətnamənin qəbul edilməsində ABŞ Dövlət katibinin köməkçisi Viktoriya Nulandın rolunun olub-olmadığı hazırda Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən araşdırılır. Bu, ciddi bəyanatdır”. Bunu Yeni Azərbaycan Partiyasının Siyasi Təhlil və Proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə deyib.
Onun sözlərinə görə, Azərbaycan bu məsələyə dair ABŞ-ın, konkret olaraq isə V.Nulandın mövqeyini öyrənməlidir: “Bu bəyanat eyni zamanda göstərir ki, amerikalı konqresmen Adam Şiftin timsalında ABŞ Konqresində Azərbaycan əleyhinə, ölkəmizin milli maraqlarına, Amerikanın müəyyən dairələrinin və erməni millətçi diaspora dairələrinin maraqları altında əzməyə çalışan qüvvələr var. Digər tərəfdən əgər bu təsdiqini tapsa, hesab edirəm ki, AŞPA-nın nüfuzuna çox böyük xələl gətirəcək. Çünki AŞPA ora üzv olan 48 ölkənin beynəlxalq təşkilatıdır. Beləcə hansısa bir üzv ölkənin iradəsinə əsasən 47 ölkənin mövqeyinin dəyişməsi hesab edirəm ki, beynəlxalq təşkilata bağışlanmaz bir səhvdir. Bu baxımdan məsələ sonacan gedilməli və aydınlıq gətirilməlidir”.


Fuad




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“
21.09.2018
Ombudsman: “Yalnız müharibənin acısını yaşamış xalqlar sülhün dəyərini bilir”
21.09.2018
Binəli Yıldırım: Azərbaycanın qazandığı uğurlarda parlamentin böyük rolu var
21.09.2018
Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanda səfərdədir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10129

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info