Şura sədri haqqında böhtan yazan saytlara sərt xəbərdarlıq edildi
Tarix: 11.02.2016 | Saat: 19:05:00 | E-mail | Çapa göndər


Məlum olduğu kimi 29 yanvar 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Şuranın sədri, Milli Məclisin deputatı Azay Quliyev haqqında “xeber.info” və “arqument.az” saytlarında böhtan və şantaj xarakterli yazı dərc edilmişdir. Şura qeyd olunan qanunazidd əməllərin araşdırılması, jurnalistikanın etik prinsiplərinə məhəl qoymayan, dövlət orqanının işgüzar nüfuzuna kölgə salmağa çalışan yuxarıda adı çəkilən saytlar haqqında müvafiq tədbir görülməsi üçün Mətbuat Şurasına müraciət edib.
Mətbuat Şurasının Şikayətlər üzrə Koomissiyasının 5 fevral 2016-cı il iclasında xeber.info və arqument.az saytlarında verilən sözügedən yazılarda “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası qanunvericiliyinin və “Jurnalistlərin Peşə Davranışı Qaydaları”nın pozuntusu hallarına yol verildiyi qeyd olunub. İclasda iştirak edən hər iki KİV rəhbəri Şuranın etiraz müraciəti ilə razılaşdıqlarını və MŞ-nın çıxaracağı qərarın icrasına hazır olduqlarını vurğulayıblar. Mətbuat Şurasının Şikayətlər üzrə Koomissiyası hər iki sayta xəbərdarlıq elan etməklə, şikayətin predmeti olan materialın saytdan götürülməsi, təkzib verilməsi və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyevdən üzr istənilməsi haqqında rəy verib.
“xeber.info” və “arqument.az” saytları sözügedən yazı ilə bağlı təkzib xarakterli məlumat dərc edib və Şura sədri Azay Quliyevdən üzr istəyiblər.


İlkin




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Mərkəzi Klinikanın həkimləri vətəndaşları ödənişsiz müayinə edəcəklər
25.09.2018
Məcburi köçkünlərlə növbəti görüş keçirilib
25.09.2018
Qəbələdə 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır
25.09.2018
Nazir müavini: Pensiya təyinatı proseduru elektronlaşdırılacaq
24.09.2018
Səyyar ASAN xidmət davam edir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
3 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info