Gənc sahibkarlara 300 milyon manatdan artıq güzəştli kredit verilib
Tarix: 11.02.2016 | Saat: 19:19:00 | E-mail | Çapa göndər


Sahib Məmmədov: “Bu,14200-dən çox yeni iş yerinin açılmasına imkan yaradıb”


İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Bakı Biznes Mərkəzində “İdeyadan biznesə doğru” mövzusunda gənclərin iştirakı ilə tədbir keçirilib. Tədbirdə İqtisadiyyat Nazirliyinin, “ASAN xidmət” mərkəzinin, Azərbaycan Gənclər Fondunun, Yüksək Texnologiyalar Parkının, ali təhsil müəssisələrinin nümayəndələri, eləcə də 150-ə yaxın gənc iştirak edib. İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov dövlət başçısı İlham Əliyevin gənclərin hərtərəfli inkişafına, onların cəmiyyətdə rolunun daha da güclənməsinə, məşğulluğunun təmin edilməsinə və sosial problemlərinin həllinə, sahibkarlıq təşəbbüslərinin dəstəklənməsinə böyük diqqət və qayğı göstərdiyini vurğulayıb. Diqqətə çatdırılıb ki, gənclərin sahibkarlıq fəaliyyətinin dəstəklənməsi və məşğulluğun təmin edilməsi “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planında müəyyən edilmiş mühüm vəzifələrdəndir. Ölkədə sahibkarlıq fəaliyyətinə, gənclərin məşğulluğunun artırılmasına dəstək mexanizmlərindən biri də güzəştli maliyyə dəstəyinin göstərilməsidir. Belə ki, İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən indiyədək 4600-dən çox gənc sahibkara 307,9 milyon manat güzəştli kredit verilib ki, bu,14200-dən çox yeni iş yerinin açılmasına imkan yaradıb. Biznes inkubatorların yaradılmasının gənclərin sahibkarlıq fəaliyyətinə cəlb edilməsində əsas mexanizmlərdən olduğunu vurğulayan nazir müavini Sahib Məmmədov İqtisadiyyat Nazirliyi tərəfindən Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində yaradılmış biznes inkubatorun fəaliyyətinin gənclərin innovativ potensialının və təşəbbüskarlığının dəstəklənməsinə, məşğulluğun artırılmasına, eləcə də iqtisadi rayonun inkişafına xüsusi töhfə verdiyini diqqətə çatdırıb. Bir il ərzində biznes inkubatorda müxtəlif tədbirlərin, o cümlədən treninqlərin, beynəlxalq ekspertlərin iştirakı ilə seminarların, biznes ideyalar müsabiqəsinin və digər tədbirlərin keçirilməsini, davamlı məsləhət xidmətlərinin göstərilməsini qeyd edən Sahib Məmmədov bu tədbirlərin gənc biznes inkubator iştirakçılarının sahibkar kimi formalaşmasında mühüm rol oynadığını və bu işlərin gələcəkdə də davam etdiriləcəyini vurğulayıb.
Bakı Biznes Tədris Mərkəzinin direktoru Akif Fərruxov, “ASAN xidmət” mərkəzinin əməkdaşı Fariz Cəfərov, Azərbaycan Gənclər Fondunun nümayəndəsi Orxan Ərəbov və digər iştirakçılar gənclərə göstərilən diqqət və qayğının daha da artdığını, gənclərin yaradıcılıq və məşğulluq təşəbbüslərinin genişləndiyini qeyd edib, dövlət proqramları çərçivəsində gənclərin təhsili və məşğulluğu sahəsində həyata keçirilmiş tədbirlər, gənclərin sahibkarlıq fəaliyyətinin daha da genişlənməsi istiqamətində görüləcək işlər barədə iştirakçılara ətraflı məlumat veriblər.
Tədbirdə çıxış edən gənclər ölkədə sahibkarlığın inkişafına göstərilən diqqət və qayğıya, həyata keçirilən çoxsaylı dəstək tədbirlərinə görə ölkə başçısına minnətdarlıqlarını bildirib, gənclərin inkişafı üçün daha yaxşı şəraitin yaradılmasına dair bir sıra təkliflər səsləndiriblər.


İ.AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub
19.11.2018
“ABC Tədris və İnkişaf mərkəzi“ və “Ahıllara və Tənhalara Dəstək“-dən təqdirəlayiq addım
19.11.2018
Səyyar “ASAN xidmət” davam edir
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info