İtaliya şirkəti Neftayırma Zavodunun yenidən qurulması layihəsinə cəlb olunub
Tarix: 11.02.2016 | Saat: 19:33:00 | E-mail | Çapa göndər


Bu gün SOCAR və İtaliyanın “KT-Kinetics Technology S.p.A” şirkəti arasında Heydər Əliyev adına Neft Emalı Zavodunun (NEZ) yenidən qurulması layihəsi üzrə müqavilə imzalanıb.
 SOCAR-dan verilən məlumata görə, imzalanma mərasimində SOCAR prezidenti Rövnəq Abdullayev və şirkət rəhbərliyinin nümayəndələri, “Maire Technimont Group”un vitse-prezidenti, eyni zamanda “KT-Kinetics Technology S.p.A” şirkətinin İdarə Heyətinin sədri, prezidenti Cannı Bardazzi (Gianni Bardazzi), İtaliyanın Azərbaycandakı səfiri Campaolo Kutilyo (Giampaolo Cutillo) və digər rəsmi şəxslər iştirak ediblər.
 Tədbirdə çıxış edən R. Abdullayev bildirib ki, Heydər Əliyev adına NEZ-in yenidənqurulması layihəsi hal-hazırda şirkətin həyata keçirdiyi ən vacib layihələrdən biridir. Həyata keçiriləcək yenidənqurma işləri nəticəsində mövcud texnoloji qurğularının modernləşdirilməsi və bəzi yeni qurğuların inşası nəzərdə tutulur. Layihə üzrə qısa müddət ərzində zavodun illik emal gücünün 6 milyon tondan 7.5 mln tona artırılması, Katalitik Krekinq qurğusunun gücünün 2 milyon tondan 2.5 milyon tona yüksəldilməsi, bir neçə yeni qurğunun tikilərək istismara verilməsı və zavodda “Avro-5” standartlarına cavab verən daha keyfiyyətli neft emalı məhsularının istehsalı nəzərdə tutulur. Zavodun yenidən qurulması planına kükürdün alınması üzrə yeni bir qurğunun inşa edilməsi də daxildir. Bu məqsədlə kükürdün alınması texnologiyası üzrə dünyanın qabaqcıl şirkətlərdən biri olan “KT-Kinetics Technology S.p.A” şirkəti lisenziar olaraq seçilib.
Daha sonra müqavilə imzalanıb.
Sənədi SOCAR tərəfdən H. Əliyev adına NEZ-in direktoru Elman İsmayılov, qarşı tərəfdən “KT-Kinetics Technology S.p.A” şirkətinin biznesin inkişafı üzrə meneceri Mikele Colozzi (Michele Colozzi) imzalayıblar.
İmzalanma mərasimində qeyd olunub ki, SOCAR Heydər Əliyev adına NEZ-in yenidən qurulması məqsədi ilə Avstriyanın "Poerner", Fransanın "Axens", İngiltərənin UOP şirkətləri ilə də müqavilə imzalayıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
İtaliya mətbuatı: İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır
20.11.2018
Ötən ilin eyni dövrünə nisbətən 26 min tondan çox pambıq tədarük edilib
20.11.2018
Gömrük Komitəsi və “Caspian European Club” birgə biznes forum keçirəcək
20.11.2018
“Bakutel” çərçivəsində ilk dəfə olaraq Xəzər İnnovasiya Konfransı keçiriləcək
20.11.2018
Azərbaycanda avtomobil istehsalı artıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info