Azərbaycanlı milyarder Rusiyada fəaliyyət göstərən Türkiyə bankını alır
Tarix: 11.02.2016 | Saat: 20:10:00 | E-mail | Çapa göndər


Azərbaycanlı milyarder Rusiyada fəaliyyət göstərən Türkiyə bankını almağa hazırlaşır.
“Anspress” xəbər verir ki, Türkiyədə "FİBA" adlı böyük holdinqin rəhbəri Hüsni Özyegin Rusiyadakı "Kredit Avropa Bank"ı (Credit Europe Bank - red.) satır. Bankın satılmasına səbəb kimi son vaxtlar Rusiya-Türkiyə münasibətlərinin pisləşməsi göstərilir. Bankın ümumi dəyəri 300 milyon dollar dəyərində qiymətləndirilir. 
İddialara görə, bankı almağa ən real namizəd əslən Quba rayonunun Qırmızı Qəsəbəsindən olan azərbaycanlı milyarder Qod Nisanov hesab edilir. Türkiyə mediasında yayılan məlumata görə, Rusiyada Türkiyə kapitalı ilə fəaliyyət göstərən bankın məhz Moskvanın tanınmış kommersiya qurucusu Qod Nisanova satılacağı gözlənilir. 
Hazırda bank 4,5 milyon fiziki və 16 min hüquqi şəxsə xidmət göstərir. Bankın 99,9% səhmi Hollandiyanın Credit Europe Bank NV-ə məxsusdur. Bank Rusiyada 1994-cü ildən fəaliyyət göstərir. 
Əslən azərbaycanlı olan dağ yəhudisi Qod Nisanovun sərvəti 4 milyard dollar civarında dəyərləndirilir. "Radisson Royal Ukraine", "Royal Ukraine Hotel", Radisson САС, "Slavyanskaya", "Yevropeyski" ticarət mərkəzi, "Food City" tərəvəz bazasının sahibi olan Nisanov 2014-cü ilin yanvarında Rusiya prezidenti Vladimir Putin tərəfindən "Dostluq" ordeni ilə təltif edilib. 
O, "Forbes" jurnalının milyarderlər siyahısında 38-ci yerdə qərarlaşıb.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
“Küçə demokratiyasının qaydaları böyük siyasətdə qəbul edilə bilməz”
17.11.2018
Viqen Sarkisyan: “Ötən aylar Ermənistanın xarici siyasəti ilə bağlı narahatlıqlar yaradır“
16.11.2018
«Rosbalt»: «Ermənistandan güclü şantaj və oğurluq qoxusu gəlir»
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info