SOCAR-ın bir neçə əməkdaşının tədris borcu bağışlanıb
Tarix: 11.02.2016 | Saat: 20:22:00 | E-mail | Çapa göndər


SOCAR-ın bir sıra gənc əməkdaşının borcu bağışlanıb.
SOCAR prezidenti Rövnəq Abdullayevin gənc neftçilərlə görüşü zamanı dövlət şirkətinin Geologiya-geofizika İdarəsinin əməkdaşı Ülvi Nəcəfzadə bildirib ki, onun və bir neçə əməkdaşın əmək haqlarından hər ay müəyyən miqdarda vəsait tutulur. Bunun səbəbini neftçi bununla izah edib: "2013-cü ildə SOCAR-ın "Total" şirkəti ilə birgə təlim-tədris sahəsini əhatə edən layihəsi olub. Tədris ingilis dilində idi, ardınca bizə söz verdilər ki, fransız dilində tədris almaq üçün Fransaya göndəriləcəyik. Cəmi 4 ay ərzində bizə fransız dili tədris olundu, lakin biz bu dilə sıfır səviyyəsində yiyələndik. Ardınca bizi Fransaya göndərdilər. Dil bilikləri ürəkaçan səviyyədə olmadığı üçün “Total” bizə növbəti şans verdi və təklif etdi ki, növbəti ildə də fransız dilinə yiyələnək. Lakin bundan sonra SOCAR “Total” şirkəti ilə müqaviləyə xitam verdi və biz qayıtdıq. Hal-hazırda tədris üçün çəkilən xərclərə görə, hər ay bizim əmək haqlarımızdan 50% tutulur. Onu da qeyd edim ki, ödənişlər avro ilə olub, hazırda isə avronun məzənnəsi möhkəmlənib. İndiki vəziyyətdə bu maaşla ailə saxlamaq bizim üçün çətindir və buna görə, sizdən kömək istəyirik".
R. Abdullayev bu problemlə üzləşənlərin ümumi borcunun miqdarını soruşub.
"Ümumi borc 21 min avro olub. Bunun böyük hissəsi 1 ildir ki, maaşımızdan çıxılıb", - deyə neftçi cavab verib.
SOCAR-ın vitse-prezidenti Xalik Məmmədov isə bildirib ki, hazırda cəmi 3 işçinin borcu qalıb.
R. Abdullayev qeyd edib ki, borcun bağışlanması ilə bağlı qərar qəbul oluna bilər: "Mən indi bununla bağlı qərar verə bilərəm. Lakin bu, digər əməkdaşlara qarşı ədalətsiz addım olar. Sizin gənc olduğunuzu, müəyyən çətinlikləriniz olduğunu nəzərə alaraq, borcunu bağışlayırıq. Müvafiq struktur bölmələr bununla bağlı sənədləri hazırlasın", - deyə R. Abdullayev bildirib.




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Daha 4 vərəsəyə sığorta ödənişi aldıqlarına dair sənədlər təqdim edilib
07.11.2018
Şamaxıda Qaravəlli kənd məktəbi əsaslı təmirdən sonra istifadəyə verilib
07.11.2018
Vərəsələrə verilmiş sığorta ödənişi ilə bağlı təsdiqedici sənədlər ictimaiyyətə təqdim olunub
07.11.2018
Tələbələrə adlı təqaüd təqdim edilib
07.11.2018
“Sağlam məktəbli” layihəsi davam edir

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info