Naxçıvan Avtomobil Zavodu model sırasını 17-yə çatdırmağı planlaşdırır
Tarix: 11.02.2016 | Saat: 21:12:00 | E-mail | Çapa göndər


Bu ilin sonunadək Naxçıvan Avtomobil Zavodunda əlavə 7 “NAZ-Lifan” modelinin istehsalına başlanması planlaşdırılır.
Hazırda zavodda 10 modeldə “NAZ-Lifan” avtomobili istehsal olunur. Respublikada sifarişlərin artması nəzərə alınaraq zavod model sırasını genişləndirməyi nəzərdə tutur.
Bu barədə Naxçıvan Avtomobil Zavodunun direktoru Musa Abdullayev məlumat verib.
O bildirib ki, indiyədək avtomobillərin qiymətlərində artım olmayıb və 11 min manatdan başlayaraq dəyişir. Direktorun sözlərinə görə, yaxın günlərdə zavodun nümayəndə heyəti Çinə səfər edəcək, orada qiymətlər və yeni modellərlə bağlı danışıqlar aparılacaq.Musa Abdullayev valyuta bazarındakı son vəziyyəti nəzərə alaraq qiymətlərə yenidən baxılacağını deyib. “Naxçıvan Avtomobil Zavodunun istehsal etdiyi modellərin respublikada satılan digər avtomobillərin qiymətləri ilə müqayisədə daha ucuz olmasına çalışacağıq. Ehtimal ki, qiymətlər modeldən asılı olaraq 15-30 min manat arası dəyişəcək”, - deyə zavodun direktoru bildirib.O qeyd edib ki, yanvarın 27-də “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda Prezident İlham Əliyevin dövlət qurumlarına Naxçıvanda istehsal olunan avtomobillərin alınması ilə bağlı tövsiyəsindən sonra qısa müddətdə bir il ərzində satılandan da çox avtomobil satılıb: “Hazırda bir sıra dövlət müəssisələri tərəfindən zavoda sifarişlər verilib. Naxçıvan Avtomobil Zavodu qəbul olunan bütün sifarişləri təmin etmək imkanına malikdir”.
Avtomobillərin keyfiyyəti barədə danışan zavodun direktoru vurğulayıb ki, bu gün Naxçıvan Avtomobil Zavodunun istehsalı olan “NAZ-Lifan” markalı 400-dən çox avtomobil respublika ərazisində taksi fəaliyyəti göstərir. Bu avtomobillərin bəzilərinin 1 milyon kilometrdən çox yol qət etməsinə baxmayaraq, onlarda heç bir problem yaranmayıb.
Qeyd edək ki, Naxçıvan Avtomobil Zavodu 2010-cu ildən fəaliyyət göstərir. Zavodda Almaniya, İtaliya və Belçikadan gətirilmiş müasir texnoloji avadanlıqlar quraşdırılıb.AZƏRTAC

Təhminə




 
Bölməyə aid digər xəbərlər
17.02.2019
Ölkə ərazisində hava şəraiti dəyişəcək, yağış və qar yağacaq
15.02.2019
“Strateji Menecment Məktəbi” layihəsinin təlimləri başa çatıb
15.02.2019
Neftçalakı günərzi qayğı mərkəzində uşaqlara reabilitasiya yönümlü sosial xidmətlər göstərilir
15.02.2019
Aldığınız məhsulu barkod ilə necə yoxlaya bilərsiz?
15.02.2019
Gədəbəy Rayon İcra Hakimiyyəti öz “asan xidmət”ini yaratdı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info