Metropolitençilərdən təqdirəlayiq addım
Tarix: 11.02.2016 | Saat: 21:37:00 | E-mail | Çapa göndər


Fevralın 10-11-də Metropoliten İşçiləri Həmkarlar İttifaqının təşəbbüsü ilə "Bakı Metropoliteni"QSC-də ehtiyacı olan insanların köməyinə çatmaq üçün ənənəvi qanvermə aksiyası keçirilib. Tədbirin təşkilində məqsəd talassemiyalı və hemofiliyalı xəstələrə yardım etməkdən ibarət idi.
Qeyd edək ki, bu proses Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiq etdiyi "Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı" Dövlət Proqramına dəstəyin təzahürü idi. Könüllülük prinsipi ilə təşkil edilən bu aksiyada metropoliten işçiləri də yüksək həvəslə iştirak ediblər.
Qan vermək üçün müraciət edənlərin rahatlığını təmin etmək üçün tədbir iki gün ərzində təşkil olunub. Əvvəlcə müəssisənin texnoloji korpusu və idarə aparatı binasında, bu gün isə "Nərimanov" elektrik deposunda keçirilib.
Könüllülük prinsipi ilə keçirilən aksiyanın təşkil edildiyi məkanda əsl qələbəlik yaşanıb. İdarə aparatında təşkil edilən tədbirdə 160, "Nərimanov" elektrik deposunda isə 170 nəfər metropoliten əməkdaşı iştirak edib.
Qeyd edək ki, Bahadur Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankı tərəfindən ezam olunmuş xüsusi tibb briqadasının həkim-hemotoloqları tərəfindən hər bir donorun sağlamlığı öncədən müəyyən olunaraq, onlardan qan analizi götürülüb. Yığılan qan ehtiyatı isə yoxlanılaraq talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlər üçün istifadə olunacaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
Gəncləri işə götürən sahibkarlara güzəştlər tətbiq ediləcək
23.01.2019
2019-cu il üçün əlillərlə bağlı proqram təsdiq edilib
23.01.2019
Naxçıvanda ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planı təsdiqlənib
23.01.2019
AtaBank-ın əmək haqqı kart sahiblərinə şad xəbər
22.01.2019
149 667 manat gecikdirilmiş sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi təmin edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
3 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
4 Türkiyə hərbçiləri Suriyada “YPG“ terrorçularına layiqli cavab veriblər
5 Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info