“Suriya əhalisinin 11,5 faizi öldürülüb və yaralanıb”
Tarix: 11.02.2016 | Saat: 21:38:00 | E-mail | Çapa göndər


“The Guardian”:Bu göstərici Birləşmiş Millətlər Təşkilatının 18 ay öncə dayandırdığı statistik hesablamalarda qeyd edilən 250 min nəfərlik itkidən iki dəfəyədək artıqdır”


Suriya münaqişəsi ilə bağlı hesabatda qeyd edilir ki, ölkə əhalisinin 11,5 faizi öldürülüb və yaralanıb. Belə ki, Eksklüziv Suriya Siyasi Tədqiqat Mərkəzi bu barədə bildirib. Halbuki bundan dəfələrlə artıq insan itkisinin olduğu barədə digər məlumatlar da var. Bu barədə Böyük Britaniyanın “The Guardian” qəzeti məlumat yayıb. Yazıda qeyd edilir ki, var-dövləti, infrastrukturu, və ictimai-siyasi institutları, münaqişənin 5 ili ərzində “fəlakətli təsir” nəticəsində, demək olar ki məhv edilib. Yuxarıda adıçəkilən Mərkəzin hesabatına görə, bütün insan itkiləri məhz birbaşa və dolayı olaraq Suriyada qarşıdurma və müharibə nəticəsində baş verib: “470 min nəfərin həyatına son qoyulması və şikəst edilməsi də bunun göstəricisidir. Bu göstərici Birləşmiş Millətlər Təşkilatının 18 ay öncə dayandırdığı statistik hesablamalarda qeyd edilən 250 min nəfərlik itkidən iki dəfəyədək artıqdır. Belə ki, əslində ölkə əhalisinin 11,5 faizi öldürülüb və ya yaralanıb. Birbaşa zərərçəkənlərin sayı 1,9 milyon nəfərə qədərdir. Müharibə və dağıntılar nəticəsində Suriyada orta ömür müddəti 2010-cu ildə qeydə alınmış 70 ildən 2015-ci ildə qeydə alınmış 55,4 ilə düşüb. Ümumi iqtisadi itkilər 255 milyard dollar həcmindədir.


“Müharibə və dağıntılar nəticəsində Suriyada orta ömür müddəti 2010-cu ildə qeydə alınmış 70 ildən 2015-ci ildə qeydə alınmış 55,4 ilə düşüb. Ümumi iqtisadi itkilər 255 milyard dollar həcmindədir”.


Bütün bunlardan əlavə, davam edən döyüşlər nəticəsində Suriyaya dəyən humanitar, maddi və mənəvi itkilərin daha da artacağı istisna edilmir. Çünki hazırda da ölkə ərazisində, mülki əhalinin də sıx olduğu şəhər yerlərində amansız döyüşlər gedir. Bu döyüşlər Suriya hökuməti ilə silahlı müxalifət, eləcə də “İŞİD” ekstremist terror təşkilatı arasında baş verib və nəticədə Suriya bir ölkə kimi xarabazarlığa çevrilib, insanları kütləvi şəkildə öldürülüb, şəhərləri, kəndləri insansızlaşıb, əhali müxtəlif yollarla miqrasiyaya məruz qalıb, hazırda da miqrasiya həyatının ən acı məhrumiyyətlərini yaşamaqdadırlar. Bu azmış kimi, suriyalıların Aralıq dənizindən Avropaya keçərkən kütləvi şəkildə dənizdə boğulmaları barədə dəhşətli faktlar da dünya ictimaiyyətinə məlumdur. Bundan başqa, hazırda Avropa ölkələri suriyalı miqrantları miqrant üçün minimum şərtlərdən də məhrum etməyə başlayıblar ki, bu da onların Avropanın hər hansı bir ölkəsində qərar tuta bilmələri ehtimalını daha da zəiflədir. Belə ki, hazırda suriyalılar müxtəlif Avropa ölkələrinin sərhədlərində ilişib qalmaqda, günlərlə ac-susuz və məhrumiyyətlərlə, əzabla keçinməyə tərk ediliblər. Bütün bunlar Suriyanın və onun insanlarının bu cür böyük fəlakətə düçar olduğunu və hansı itkilərə məruz qaldığını bir daha diqqət mərkəzinə gətirir. Beləliklə, supergüclərin Yaxın Şərqdə oyunlarının “müjdəsi” olan “ərəb baharı” nəticəsində digər bəzi ərəb ölkələri kimi, Suriya da bütün təbii sərvətlərindən, zəngin tarixi-mədəni irsindən, qədim sivilizasiya abidələrindən və insanlarından faciəvi şəkildə məhrum edilib…

Rasim Babalı





 
Bölməyə aid digər xəbərlər
22.09.2018
İspan qadınlar həm alim, həm də ana olmaq hüququ uğrunda mübarizə aparırlar
21.09.2018
Türkiyə İdlibdəki hərbi qüvvələrinin sayını artıracaq
21.09.2018
Vyetnam Prezidentinin ölüm səbəbi açıqlanıb
21.09.2018
Hindistan İran neftini rupi ilə alacaq
21.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident nəticəsində azı üç nəfər ölüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info