“Die Welt”: “Qərb hərbi üstünlüyünü itirir”
Tarix: 12.02.2016 | Saat: 00:45:00 | E-mail | Çapa göndər


Almaniyanın “Die Welt” nəşrində dərc edilmiş yazı son dövrlər dünyanı daha çox lərzəyə salan hərbi xərclərlə bağlıdır. Məqalədə deyilir ki, dünyanın qlobal hərbi balansı sürətlə dəyişməkdədir. Bunu müxtəlif variantlarla əlaqələndirən ekspertləri daha çox Rusiya prezidenti Vladimir Putinin bu istiqamətdəki siyasəti narahat edir.
Artıq Qərbdə belə bir sual meydana gəlib - yaranmış şəraitdə NATO Şərqi Avropanı bu təhlükədən qorumaq ixtiyarındadırmı? Belə görünür ki, Qərb müdafiə xərclərinə önəm verməyə çalışsa da, onun hərbi üstünlüyü getdikcə daralmaqdadır. Bu, Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun illik hərbi hesabatının gəldiyi nəticədir. Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun direktoru Con Çimpen hesab edir ki, bu gün qlobal təhlükəsizlik çətin vəziyyətdədir. O, Londonda keçirilən “2016-cı ilin hərbi balansı” adlı tədbirdə bildirib ki, yaranmış vəziyyəti son dəfə 1980-ci illərinə sonunda müşahidə ediblər. Tədbirdə Amerika Birləşmiş Ştatlarının başqa ölkələrlə müqayisədə müdafiə xərclərinə daha çox vəsait xərclədiyi qeyd edilərək bu vəsaitin ötən il 598 milyard dollar, yəni ümumi dünyada müdafiə xərclərinin təxminən üçdə birini təşkil etdiyi göstərilib. Bu istiqamətdə ən böyük müdafiə büdcəsi ilə Çin ikinci dövlət kimi təqdim edilir. Belə ki, bu ölkə ötən il hərbi xərclərə 145,8 milyard dollar sərf edib. Lakin qeyd edilməlidir ki, böyük maliyyə xərclərinə baxmayaraq, hazırda hərbi balans Qərbin əleyhinə dəyişir. Bu, ilk növbədə Çin, Rusiya və digər ölkələrin artıq keçmişlə müqayisədə daha çox hərbi əhəmiyyətli texnologiyalar sahəsində böyük imkanlar əldə etməsi ilə bağlıdır. Yeni texnologiyaların inkişafına nadir hallarda ucuz xərc sərf edilir və bu şərti silah sistemləri ilə baş verir. Məhz elə buna görə də, ABŞ və Britaniya hökumətləri daha çox kiberməkanın qorunması üçün vəsait ayrır və yüksək texnologiyalı sahələrində strategiyaları inkişaf etdirməyə çalışırlar. Rəqabətin artdığı bir məqamda, Beynəlxalq Strateji Araşdırmalar İnstitutu ekspertləri daha çox Rusiyanın artan hərbi imkanlarını izləməkdədirlər. Moskvanın hücum potensialı və havadan müdafiə kimi güclü sistemə malik olması Qərbi düşünməyə vadar edir. Rusiyanın bu istiqamətdəki qeyri-müəyyən hərəkətləri, eləcə də NATO-nu hansı addımlar atacağı sualı ilə cavabsız qalır. Yuxarıda qeyd etdiyimiz ABŞ və Çindən fərqli olaraq Avropanın aparıcı dövlətləri hərbi xərclər sahəsində çox geridə qalırlar. Müqayisə üçün bildirək ki, ötən il NATO üzvü olan 28 dövlətin yalnız beşi ÜDM-in 2 faizini müdafiə xərclərinə yönəltsələr də, başqa NATO ölkələrində bu göstərici 1,1 faiz kimi qeydə alınıb. Almaniyada müdafiə xərcləri ümumi daxili məhsulun 1,16 faizini təşkil edib. Rusiyaya gəlincə isə, bu ölkə öz müdafiə xərclərini 5,6 faiz artırıb. Asiya ölkələri isə hərbi xərclərə Avropadan 100 milyard çox vəsait ayırıblar.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
FAO-nun Romadakı baş ofisində “Azərbaycan otağı”nın açılışı olub
25.09.2018
Azərbaycan ilə ABŞ arasında ikitərəfli əməkdaşlığa dair fikir mübadiləsi aparılıb
25.09.2018
XİN:İşğal olunmuş ərazilərdə növbəti təxribatçı addım ağır fəsadlara yol aça bilər
25.09.2018
“Aksam.com.tr”: “Türk Aerokosmik Sənayesi Azərbaycanla əməkdaşlıq etməyə hazırlaşır”
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi “ADEX-2018”də 270-dən çox məmulat nümayiş etdirir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info