“Azərbaycanda son islahatlar kiçik və orta biznesin inkişafına təkan verəcək”
Tarix: 12.02.2016 | Saat: 00:55:00 | E-mail | Çapa göndər


“Amerika Birləşmiş Ştatları Yeni İpək Yolunun bir hissəsi kimi Azərbaycanın regional daşıma xidmətlərinin və digər infrastrukturun inkişafına yönəlmiş səylərini dəstəkləyir”.
APA-nın məlumatına görə, bunu ABŞ-ın ATƏT yanındakı Daimi Nümayəndəliyinin rəhbəri Daniel Bayer ATƏT Daimi Şurasında çıxışı zamanı deyib. Onun sözlərinə görə, ABŞ və Azərbaycan arasında geniş əlaqələr mövcuddur: “ABŞ Azərbaycana demokratik, firavan, təhlükəsiz və suveren ölkə olmaq yolunda irəliləyiş əldə etmək üçün kömək etmək istəyir. Biz enerji, təhlükəsizlik və kommersiya məsələləri sahəsində əlaqələrimizin məhsuldar və dayanıqlı inkişafına nail olmuşuq. Azərbaycan təhsil, insan alverinə qarşı mübarizə və qadın haqları sahəsində vacib irəliləyişlər əldə edib. Azərbaycan həmçinin beynəlxalq sülhün qorunması, terrorizmlə mübarizə, enerji təhlükəsizliyi və diversifikasiyası üçün vacib töhfələr verir”. Səfir bildirib ki, Birləşmiş Ştatlar Azərbaycanla yeni sahələrdə də işləməkdə maraqlıdır: “Azərbaycan Qafqazla Mərkəzi Asiya və ondan kənarda iqtisadi rabitənin qurulmasında, bu mövzuda ATƏT çərçivəsində dialoqun aparılmasında vacib rol oynaya bilər. Biz Azərbaycanda gömrük prosedurları sahəsində görülən islahatları alqışlayırıq və azərbaycanlı tərəfdaşlarımızla bu sektorda daha çox inkişafın əldə olunmasına təkan vermək üçün işləyirik. ABŞ həmçinin Azərbaycan hökuməti tərəfindən iqtisadiyyatı şaxələndirmək və iqtisadi inkişafa təkan vermək sahəsində atılan addımları qiymətləndirir. Son islahatlar rəqabətliliyi artıracaq, investisiyaları təşviq edəcək, kiçik və orta biznesin inkişafına təkan verəcək və özəl sektorla dialoqu gücləndirəcək”. Bayer qeyd edib ki, Birləşmiş Ştatlar Azərbaycan hökuməti ilə həm ikitərəfli formatda, həm də ATƏT çərçivəsində işləmək prinsipinə sadiqdir. Daniel Bayer qeyd edib ki, ABŞ ATƏT-in Minsk qrupunun həmsədri kimi Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq prinsipləri, BMT Nizamnaməsi və Helsinki yekun aktı əsasında danışıqlar yolu ilə həllinə nail olmaq üçün tərəflərlə işləməyə davam edəcək: “Status-kvo” dözülməz və qəbuledilməzdir. Birləşmiş Ştatları həmsədrlərin Ermənistan və Azərbaycan prezidentləri arasında dialoqun intensivləşməsinə təkan verən və sülh yolu ilə münaqişənin həlli prosesində irəliləyiş əldə etmək üçün strukturlu danışıqlar aparmaqla bağlı səylərini dəstəkləyir”.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Rusiya-Azərbaycan münasibətləri fundamental xarakter alır
24.09.2018
Azərbaycan xarici ölkələrə silah satışını artırıb
24.09.2018
Əsas məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10142

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info