“Barselona” və Luis Enrikedən yeni rekordlar
Tarix: 12.02.2016 | Saat: 01:03:00 | E-mail | Çapa göndər


“Barselona” və onun baş məşqçisi Luis Enrike yeni rekordlara imza atıb. Enrike Kataloniya klubunu ən uzun məğlubiyyətsizlik seriyasına daşıyan məşqçi kimi tarixə düşüb.
İspaniya Kral Kubokunun yarımfinal mərhələsində “Valensiya” ilə səfərdə qollu (1:1) bərabərə qalan “Barsa” bununla ardıcıl 29-cu oyundur ki, məğlubiyyət üzü görmür. Luis Enrike bununla 2010/11 mövsümündə Xosep Qvardiolanın 28 oyunluq rekordunu yeniləyib və klubun tarixinə düşüb. Bundan sonra komanda uduzmadığı müddətdə 46 yaş mütəxəssis öz rekordunu yeniləmiş olacaq. Kataloniya təmsilçisi Kral Kubokunun finalına vəsiqə qazanmaqla da yeni rekord müəyyənləşdirib. Belə ki, 38-ci dəfə finala adlayan “Barsa” “Atletik”lə birgə bölüşdüyü 37 həlledici matçda iştirak etmək rekordunu yeniləyib. Kuboku ən çox muzeyinə aparan (27 dəfə) “Barselona” həm də ardıcıl 3-cü dəfə finala adlayıb. Qeyd edək ki, “Barselona” ilk oyunda “Valensiya”nı 7:0 hesabı ilə məğlub etmişdi. Digər finalçının adına isə bu gün baş tutacaq “Selta” - “Sevilya” (ilk görüş 0:4) matçından sonra aydınlıq gələcək.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
UEFA Avropa Liqası: “Sportinq“ - “Qarabağ“ 2-0
20.09.2018
FİFA-nın növbəti reytinq cədvəli açıqlanıb
20.09.2018
Ukrayna cüdoçusu Daria Bilodid “Bakı-2018“in ilk qalibi olub
20.09.2018
“Bakı-2018“: Cüdo üzrə dünya çempionatının ilk finalçıları bəlli olub
20.09.2018
UEFA Çempionlar Liqasında ilk tura yekun vurulub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info