Azərbaycanda Paralimpiya hərəkatının 20 illiyi qeyd olunub
Tarix: 12.02.2016 | Saat: 01:08:00 | E-mail | Çapa göndər


Azərbaycanda Paralimpiya hərəkatının 20 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib. Tədbirdə respublikamızın dövlət və hökumət xadimləri, idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov çıxış edərək yubiley münasibətilə və hərəkatın inkişafında xidmətlərinə görə, paralimpiyaçılarımızın böyük bir qrupunu dövlət mükafatları ilə təltif etməsi ilə bağlı dövlət başçısı İlham Əliyevə kollektiv adından təşəkkürünü bildirib. “Paralimpiyaçılarımız onlara göstərilən qayğını daim hiss edirlər, onların sosial vəziyyəti yaxşılaşır, idmançılar və məşqçilər mənzillərlə, eləcə də minik avtomobilləri ilə təmin edilirlər. Belə bir qayğının nəticəsidir ki, Azərbaycan idmançıları son beş Yay Paralimpiya Oyunlarında 27 medala, o cümlədən 8 qızıl medala sahib olublar”, - deyə İlqar Rəhimov bildirib. Milli Paralimpiya Komitəsinin himninin təqdimatından sonra gənclər və idman naziri Azad Rəhimov tədbir iştirakçılarını təbrik edib. Azərbaycanda idman ənənələrinin zənginləşdirilməsində paralimpiyaçıların rolunu yüksək qiymətləndirib. O, dövlət başçısının sərəncamı ilə komitənin prezidenti İlham Rəhimovun 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunduğunu xatırladıb və mükafatı sahibinə təqdim edib. Daha sonra yubiley mərasimində çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ölkəmizdə Paralimpiya hərəkatının minlərlə idmançını birləşdirdiyini qeyd edib. Onlara yüksək səviyyədə göstərilən diqqət və qayğının müxtəlif nailiyyətlərdə öz əksini tapdığını söyləyib. Prezidentin sərəncamı ilə Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti Filip Kreven “Dostluq” ordeni ilə təltif olunmasını bir daha diqqətə çatdırıb. Mükafat sahibinə təqdim olunub. Filip Kreven belə bir şərəfə layiq görüldüyü üçün iftixar duyduğunu deyib, Azərbaycan paralimpiyaçılarına gələcək yarışlarda daha böyük uğurlar arzulayıb. O, Beynəlxalq Paralimpiya Komitəsinin xatirə hədiyyəsini İlqar Rəhimova təqdim edib. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev Elmi-Şuranın qərarı ilə Filip Krevenə ali məktəbin Fəxri doktoru elmi dərəcəsinin verildiyini elan edib. Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə paralimpiyaçılarımızın artıq cəmiyyətimizin tamhüquqlu üzvləri kimi öz yerlərini təsdiqlədiklərini qeyd edib.




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
KİV: Santyaqo Solari “Real Madrid“in baş məşqçisi olacaq
13.11.2018
Messi mövsümün ən yaxşı oyunçusu mükafatını aldı
13.11.2018
Şahmat üzrə dünya çempionu adı uğrunda üçüncü partiya da heç-heçə nəticələnib
12.11.2018
“Sumqayıt”ın baş məşqçisi Nazim Süleymanov istefa verib
12.11.2018
Yeniyetmə azərbaycanlı güləşçi beynəlxalq turnirin qalibi olub

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info