Daha bir nazirlikdə Apellyasiya Şurası yaradıldı
Tarix: 12.02.2016 | Saat: 15:19:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında” 3 fevral 2016-cı il tarixli Fərmanına uyğun olaraq Azərbaycan Respublikası Maliyyə Nazirliyində Apellyasiya Şurası və Şuranın Katibliyi yaradılıb.Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, artıq şura və katibliyin tərkibi təsdiq edilib.

Sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsi, bu sahədə şəxslərin hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi məqsədi ilə yaradılan Şuraya maliyyə nazirinin müavini Azər Bayramov sədr təyin olunub.

7 nəfərdən ibarət Apellyasiya Şurasına nazirliyin aparatının şöbə müdirləri, katibliyə isə nazirliyin məsul əməkdaşları daxildir.

Apellyasiya Şurası Bakı şəhəri Səməd Vurğun küçəsi 135 ünvanında – Maliyyə Nazirliyinin inzibati binasında fəaliyyət göstərəcək.

Əlaqə: 012 404 47 87
apellyasiya@maliyye.gov.az

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Apellyasiya Şurasının
Tərkibi

Şuranın sədri
Azər Bayramov - maliyyə nazirinin müavini

Şuranın üzvləri:
Namiq Süleymanov – Nazirliyin aparatının rəhbəri
Xalıq Rəhmanov – Hüquq şöbəsinin müdiri
Mərdan Mərdanov – İnfrastruktur təyinatlı layihələrin maliyyəsi şöbəsinin müdiri
Vüqar Məcidli – İqtisadi sahələrin maliyyəsi şöbəsinin müdiri
Lalə Həsənova - Ümumi şöbənin müdiri
Fikrət Şirinov – Vergi siyasəti və gəlirlər şöbəsinin müdiri vəzifəsini icra edən

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Apellyasiya Şurasının Katibliyinin
Tərkibi

Katibliyin rəhbəri:
Mayis Piriyev – Baş məsləhətçi- mətbuatla iş üzrə

Katibliyin üzvləri:
Zemfira İsmayılova – Ümumi şöbənin sektor müdiri
Elçin Nəcəfov - Hüquq şöbəsinin baş məsləhətçisi

Tural




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib
19.11.2018
Paytaxtın 2 rayonunda iməclik keçirilib
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info