Sabir Rüstəmxanlı da prezidentliyə namizəd oldu
Tarix: 21.02.2013 | Saat: 23:23:00 | E-mail | Çapa göndər


Mais Güləliyev:
“Çoxsaylı namizəd müxalifətin
tükənmiş gücünün sonu deməkdir”


Prezident seçkilərinin vaxtı yaxınlaşdıqca müxalifət düşərgəsində namizədlərin də sayı artır. Belə ki, Vətəndaş Həmrəyliyi Partiyası (VHP) da seçkilərdə iştirak etməyi qərara alıb. Bununla bağlı partiyanın toplantısında qərar verilsə də namizədin kim olacağı bildirilməyib. Lakin VHP-də namizəd ola biləcək şəxs partiya sədri Sabir Rüstəmxanlıdır və yəqin ki prezidentliyə namizəd o olacaq.

VHP-nin seçkilərdə iştirak qərarı normal haldır. Çünki Azərbaycanda bütün azadlıqlar qorunduğu kimi, siyasi azadlıqlar da təmin edilib ki, bu da hər kəsə, yaxud hansısa təşkilata və ya siyasi partiyaya öz namizədini irəli sürmək hüququ verir. Maraqlı olansa, bununla müxalifət düşərgəsindən prezident seçkilərinə artıq neçənci namizədin olmasıdır. Belə ki, müxalifətin namizəd siyahısına Müsavat başqanı İsa Qəmbər, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Sosial-Demokrat Partiyasının sədri Araz Əlizadə, Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu, həmçinin, “ziyalılar forumu”ndan Eldar Namazov və REAL təşkilatından İlqar Məmmədov daxildir. VHP-nin namizədini də bura əlavə etsək müxalifət düşərgəsindən namizədliyi bəlli olan şəxslərin sayı 7 olur. Bu isə ümumi gücün 7 yerə bölünməsi deməkdir ki, görünür, mövcud potensialı seçkilərdə minumum baryeri aşmağa belə yetəcək qədər olmayan müxalifətin seçkilərdə göstərə biləcəyi nəticələri mikroskopla saymaq lazım gələcək.
Amma bu hələ son deyil. Çünki müxalifət düşərgəsində təmsil olunan partiyalar müxtəlif bloklarda, qruplaşmalarda birləşib və hər bir qruplaşmanın əlavə namizədinin olacağı ehtimalı böyükdür. Belə ki, “ictimai palata”da təmsil olunan Müsavatın namizədinin olması, qurumdakı digər partiyanın-AXCP-nin də belə bir addım atmasına gətirib çıxaracaq. Buna seçkilərdə əldə edilə biləcək nəticədən çox, iki partiya arasında mövcud “münasibətlərin” durumu deməyə əsas verir. Nəzərə alsaq ki, İsa Qəmbər namizədliyini məhz AXCP sədri Əli Kərimlini üstələmək məqsədilə tələslik irəli sürdü, bu baxımdan, Ə.Kərimlinin adekvat addımı yaxın günlərdə özünü göstərəcək.
“İctimai palata”ya rəqib sayılan Məşvərət Məclisində isə namizədlərin sayının 3-dən çox olacağı ehtimalı var. Qeyd edək ki, bu qurumda təmsil olunan Azadlıq Partiyasının sədri Əhməd Oruc bir müddət öncə qəzetimizə açıqlamasında namizədliyini verəcəyini istisna etməyib. Partiya sədri belə bir addımı yalnız MM-nin ümumi namizədinin olmayacağı təqdirdə atacağını bildirib.
Təşkilatdakı proseslərsə ümumi namizədin olmayacağını deməyə əsas verir. Çünki KXCP bu təşkilatda təmsil olunmasına baxmayaraq artıq namizədini irəli sürüb ki, bu da digərlərinin də belə addım atacağının mesajıdır.
Bu ehtimalı gücləndirən amillərdən biri də AMİP və Açıq Cəmiyyət Partiyasının Məşvərət Məclisində təmsil olunmasıdır. Bu partiyalar AXCP və Müsavatla gərgin münasibətdədirlər. Həmçinin, ACP-nin xaricdə olan əsas idarəedicisi Rəsul Quliyev namizəd olmağa əsas iddialılardandır. Onun proseslərə qoşulması isə digər partiyaların təşkilatdan qopmasını sürətləndirəcək.
Ümumi mənzərə seçki bülletenində müxalifət düşərgəsindən olan namizədlərin siyahısının çox uzanacağını göstərir. Amma namizədlərin çox olması vəziyyəti bir o qədər dəyişdirəcək. Çünki çoxsaylı namizəd səslərin bölünməsi deməkdir və bu, onsuz da zəif olan müxalifətin daha aşağı qiymət almasına səbəb olacaq.
Yaşıllar Partiyasının sədri Mais Güləliyev qəzetimizə açıqlamasında deyib ki, bu əvvəldən gözlənilən idi. Onun sözlərinə görə, “vahid namizəd” məsələsini ortaya atmaq əslində insanların inamı ilə oynamaq idi: “Çünki bunu edənlər sonda buna getməyəcəkdilər. Belə bir adddımın atılması isə həm gündəmdə qalmağa, həm də yalandan birlik görüntüsü yaratmağa hesablanmışdı. Maraqlıdır ki, nə üçün “vahid namizəd” olmadı? Çünki müxalifətdə heç vaxt qarşılıqlı etimad, inam olmayıb. İndi müxalifət bir deyil, iki deyil, 10-a qədər namizədlə seçkiyə gedir. Ola bilsin bu say daha da artdı. Amma bu artım müxalifətin güc balansının azalmasına aparır”. Partiya sədri qeyd edib ki, müxalifət seçkilərə bir namizədlə getsəydi belə, heç bir ciddi nəticə göstərə bilməcəkdi.
“Amma ən azından birliyə nail olunacaqdı. Görünür, müxalifətdaxili qüvvələr şəxsi maraqlara, siyasi dividendlərə hər şeyi qurban verirlər. Amma bir şeyi nəzərə almırlar. Çoxsaylı namizəd müxalifətin onsuz da tükənmiş gücünün sonu deməkdir. Axı nə üçün seçici iqtidarın vahid namizədinə deyil, müxalifətin onlarla namizədinə səs verməlidir? Təbii ki, heç kim verməyəcək”-deyə o, diqqətə çatdırıb. M.Güləliyev vurğulayıb ki, bu qədər namizədin olması sonrakı dövrlərdə də müxalifətin parçalanmasının əsasını qoyur.
Asif NƏRIMANLI




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün vaxtı məlum olub
22.09.2018
Azərbaycanda gördüklərim məndə xoş təəssüratlar yaratdı
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10136

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info