Ələt qəsəbəsi şəhər olacaq
Tarix: 12.02.2016 | Saat: 17:26:00 | E-mail | Çapa göndər


“Böyük Bakının Regional İnkişaf Planı”nın layihəsi hazırlanıb və Nazirlər Kabinetinə təqdim olunub.
Bu haqda Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov məlumat verib.
O qeyd edib ki, “Bakının Baş Planı” olan bu layihədə müasir və yüksək həyat səviyyəsi, tarazlı inkişafın əldə edilməsi, davamlılıq prinsiplərinin tətbiqi nəzərdə tutulub:
“Layihənin istinad tarixi 1 yanvar 2011-ci il götürülməklə hesabat müddəti 2030-cu il qəbul edilib. Nəzərdə tutulmuş işlərin icrası layihə təsdiq olunduqdan sonra planlaşdırılır”.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin məlumatına görə, layihəyə uyğun olaraq, Pirallahı qəsəbəsində turizm kompleksinin yaradılması, paytaxtın bir sıra sənaye müəssisələrinin əhali sıxlığı çox kiçik olan Qaradağ rayonuna köçürülməsi, Ələt qəsəbəsinin şəhərə çevrilməsi, burada yaşayış massivlərinin salınması və əhalinin məşğulluğu istiqamətində tədbirlərin görülməsi, digər işlərin reallaşdırılması nəzərdə tutulub. Bundan əlavə, neft-kimya sənayesi şəhəri sayılan Sumqayıtdan da bəzi sənaye obyektlərinin çıxarılması planlaşdırılıb.
Bakı şəhərinin “Sovetski” adlanan ərazisindəki köhnə evlərin sökülməsindən sonra heç bir tikinti işlərinin aparılmayacağı, yalnız yaşıllıq və abadlıq işlərinin görüləcəyi bildirilib.
Həmçinin, paytaxtın mərkəzi hissəsindən iri obyektlərin şəhərdən kənara köçürülməsi və ərazinin abadlaşdırılması əsas vəzifə kimi qarşıya qoyulub.
Həm kapitalizm, həm də sovet hakimiyyəti qurulduqdan sonra Bakıda şəhərsalma işləri yeni planlar üzrə aparılıb. Bakının ilk Baş Planı 1898-ci ildə o dövrun məşhur memarı N.A. fon Der Nonne tərəfindən hazırlanıb. 1932-ci ildə paytaxtın ikinci Baş Planı işlənib. 1964-cü ildə isə respublika Nazirlər Soveti şəhərin üçüncü Baş Planını təsdiqləyib. Sonuncu plan 1986-cı ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə təsdiq olunub və bu sənəd 2005-ci ilədək olan dövrü əhatə edib.
Yeni Baş Plan - “Böyük Bakının Regional İnkişaf Planı” isə 2030-cu ilədək dövrü əhatə etməlidir. Layihə 4 hissədən ibarətdir.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10135

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info