“Prezident icra hakimiyyəti orqanları qarşısında mühüm vəzifələr qoyub”
Tarix: 12.02.2016 | Saat: 19:25:00 | E-mail | Çapa göndər


Əli Həsənov: “Multikulturalist ideyaların təbliğində vətəndaş cəmiyyəti institutları, kütləvi informasiya vasitələri geniş imkanlara malikdir”

“Azərbaycanda milli mənəvi dəyərlərin, multikulturalist ideyaların təbliğində vətəndaş cəmiyyəti institutları, kütləvi informasiya vasitələri geniş imkanlara malikdir və onların bu sahədə rolunu getdikcə artırmağa çalışırıq”. Bu fikri Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov AZƏRTAC-a müsahibəsində deyib. Əli Həsənov bildirib ki, son zamanlar ölkəmizdə kütləvi informasiya vasitələrinin əhatə dairəsi getdikcə genişlənir. Gün ərzində əhalinin 75 faizindən çoxu televiziyaları, internet resurslarını izləyir, qəzet oxuyur. Odur ki, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında çalışan məmurlar multikulturalist ideyaların yayılmasında, milli mənəvi dəyərlərin zənginləşdirilməsində, əhalinin bu istiqamətdə maariflənməsində vətəndaş cəmiyyəti institutlarının, o cümlədən KİV-in imkanlarından daha geniş istifadə etməlidirlər. Regionlarda ictimaiyyətin nümayəndələri ilə keçirilən görüşlərə toxunan Əli Həsənov deyib: “Bu görüşlər regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransda dövlətimizin başçısının verdiyi tapşırığa uyğun olaraq keçirilir. Bunun da bir neçə məqsədi var. Məqsədlərdən biri budur ki, əvvəla mərkəzi icra hakimiyyəti orqanları rayon əhalisi ilə daha sıx təmasda olsun. İctimaiyyət nümayəndələrinin hakimiyyət orqanları ilə bağlı təklifləri, rəyləri, ideya və təşəbbüsləri ümumiləşdirilərək həyata keçirilən islahatlar prosesində istifadə edilsin. Azərbaycan Prezidenti müəyyənləşdirdiyi yeni iqtisadi kursa müvafiq olaraq, mərkəzi və yerli icra hakimiyyəti orqanları qarşısında mühüm vəzifələr qoyub. Həmin görüşlərdə bu vəzifələr əhaliyə çatdırılır, yerlərdə onun izahı verilir. Bundan məqsəd ictimaiyyətin təşəbbüsləri ilə dövlətin yürütdüyü siyasəti birləşdirərək bu proqramlara dinamizm vermək, rayonlarda əhalinin, icra strukturlarının və bütövlükdə vətəndaş təşəbbüslərinin koordinasiyasını həyata keçirmək, islahatların daha sürətlə və effektiv aparılmasına şərait yaratmaqdır. Digər məqsədlər də var: İnsanların məsuliyyətini artırmaq, yerli resursları işə salmaq, ölkənin sosial-iqtisadi inkişafı ilə bağlı Prezidentin təşəbbüslərinin həyata keçirilməsində insanların dəstəyini təmin etmək, rayonlarda sahibkarlıq mühitini daha da təkmilləşdirmək, neqativ halların aradan qaldırılması üçün əhalidən gələn istək və arzuları ümumiləşdirmək və s. Yəni, məqsəd genişdir və bu istiqamətdə də işlər davam etdirilir”.




 
Bölməyə aid digər xəbərlər
21.02.2019
İnam Kərimov Sabirabadda vətəndaşlarla görüşəcək
21.02.2019
Fevralın 22-nə USD/AZN rəsmi məzənnəsi: 1,7000 manat
21.02.2019
Ət və quşçuluq məhsullarının istehsalçıları ilə müzakirələr aparılıb
21.02.2019
İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır və ixracda birinci yerdədir
21.02.2019
Anar Quliyev: “Bakı şəhərinin Baş planının hazırlanması üçün texniki işlərə başlanılacaq”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10611

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
3 ABŞ-da atışma: xəsarət alanlar var
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info