Bordyujadan erməni jurnalistə sərt cavab
Tarix: 12.02.2016 | Saat: 19:31:00 | E-mail | Çapa göndər


“Dağlıq Qarabağ və Azərbaycan-Ermənistan sərhədində münaqişənin gərginləşməsi yolverilməzdir”.
Bunu bu gün keçirdiyi mətbuat konfransında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Nikolay Bordyuja bildirib.
Erməni jurnalistin "Serj Sarkisyan Azərbaycanın iriçaplı silahlardan açdığı atəşin bütün KTMT ölkələrinə yönəldiyini bəyan edib. Niyə KTMT təşkilat olaraq buna münasibət bildirmir? Bu təşkilatın imicinə ziyan vurmurmu?" sualına KTMT baş katibi belə cavab verib: "KTMT dəfələrlə Dağlıq Qarabağda vəziyyətin gərginləşməsi ilə bağlı bəyanatlar verib. Mən axırıncı dəfə İrəvanda olanda bu barədə Ermənistan rəhbərliyinə fikrimi bildirmişəm. Son illər KTMT ölkələri Kollektiv Təhlükəsizlik Şurasının bütün bəyanatlarında Dağlıq Qarabağ və Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətlə bağlı müddəa yer alıb. Ya siz bunu görmürsünüz, ya da məqsədli şəkildə bunu deyirsiz. Bir daha qeyd edirəm ki, Dağlıq Qarabağ və Azərbaycan-Ermənistan sərhədində gərginliyin artması yolverilməzdir. Ona görə də hesab etmirəm ki, bu, KTMT-nin imicinə zərbə vurur".

N. Bordyuja KTMT-nin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyinin dəyişməsinə ehtiyac görmədiyini də söyləyib: "Dağlıq Qarabağmünaqişəsi çox həssas problemdir. Bu münaqişənin həllinə KTMT cəlb olunmayıb. Münaqişənin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Bizim mövqeyimiz dəqiq və bəllidir. Bu mövqe KTMT-yə üzv olan bütün ölkələrin mövqeyidir. Bütün KTMT ölkələrinin mövqeyi ondan ibarətdir ki,Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həll olunmalıdır, onun hərbi yolla həlli mümkün deyil. KTMT dövlətləri regionda iriçaplı silahlardan istifadənin əleyhinədir".
Tural




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Omanın Dövlət Şurası sədrinin Azərbaycana səfəri başlayıb
19.09.2018
“Mübariz İbrahimov təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıb”
19.09.2018
Nazirlər Kabinetinin rəsmi internet saytı yeni tərtibatda fəaliyyətə başlayıb
18.09.2018
Müdafiə naziri yüksək dağ zirvələrində yerləşən bölmələrin döyüşə hazırlığını yoxlayıb
18.09.2018
Paşinyanın oğlunun hərbi xidmət piarından yararlanmaq cəhdi nə vəd edir...

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10121

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info