Avropa Parlamentinin deputatına Xocalı soyqırımına dair bəyanat təqdim edilib
Tarix: 12.02.2016 | Saat: 19:40:00 | E-mail | Çapa göndər


Fevralın 11-də İsveçdə fəaliyyət göstərən Azərbaycan Naminə Cəmiyyətin sədri Nadir Hollenbrand İsveçdə yerləşən Parlament evində Xocalı soyqırımının iyirmi dördüncü ildönümü ilə əlaqədar Avropa Parlamentinin deputatı Fredrik Federley ilə görüş keçirib. Bu haqda Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Görüş zamanı deputata Xocalı soyqırımı haqqında ətraflı məlumat verilib, həmçinin, qətliamı pisləyən bəyanatın ingilis dilində nüsxəsi təqdim edilib. Bəyanatda 1992-ci ilin 25-26 fevralında erməni silahlı qüvvələri tərəfindən Azərbaycanın Xocalı şəhərinin sakinlərinə qanlı cinayət aktı həyata keçirildiyi, nəticədə bir gecədə 106 qadın, 63 uşaq, 70 yaşlı insanın və ümumilikdə 613 azərbaycanlının erməni vandalları tərəfindən öldürüldüyü, 1275 nəfərin əsir götürüldüyü, 150 nəfərin taleyinin isə hələ də məlum olmadığı, 6 ailənin tamamilə məhv edildiyi, 25 körpənin hər iki valideynini itirdiyi, 56 insanın xüsusi amansızlıqla qətlə yetirildiyi qeyd edilir. Bəyanatda bildirilir ki, beynəlxalq ictimaiyyət bu acı həqiqətdən xəbərdar olmalı, insanlığa qarşı törədilən cinayətə hüquqi qiyməti verməlidir.
Deputat Federley qeyd edib ki, yaxın zamanda Brüsseldə olacaq və bəyanatı Avropa Parlamentinə təqdim edəcək. Söhbət zamanı məlum olub ki, Federley bir ay əvvəl Azərbaycanda işgüzar səfərdə olub. Deputat Azərbaycan və azərbaycanlılar haqqında yüksək fikirdə olduğunu bildirib və vurğulayıb ki, Azərbaycana səfəri zamanı ölkəmizin füsunkar gözəlliyinə və xalqımızın vətənpərvərliyinə heyran qalıb.
Fuad




 
Bölməyə aid digər xəbərlər
18.05.2019
İtaliyalı senator Azərbaycanın diaspor siyasəti barədə məlumatlandırılıb
18.05.2019
Dövlət Komitəsində Laçın rayonunun işğalının 27-ci ildönümü ilə bağlı tədbir keçirilib
18.05.2019
Sevinc Fətəliyeva: Azərbaycanla əməkdaşlığın inkişaf etdirilməsi Avropa İttifaqı üçün xüsusi əhəmiyyət daşıyır
18.05.2019
YAP rayon və şəhər təşkilatlarının ümumrespublika müşavirəsi keçirilib
18.05.2019
Azərbaycan-Fransa parlamentlərarası əlaqələri müzakirə olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10782

1 “Ukraynanın ictimai-siyasi həyatında fəal iştirak edirik”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
4 Dünya rəssamları arasında yer alan azərbaycanlı
5 AzMİU-da İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info