“Sülh üçün Oyna” futbol turnirinin qalibləri müəyyənləşib
Tarix: 12.02.2016 | Saat: 19:43:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə 7-ci qrant müsabiqəsinin qalibi olan “Sülh üçün Oyna” adlı futbol turnirinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib. Layihənin ideya rəhbəri Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT) fəalı Orxan Rəhimzadədir. “Sülh üçün Oyna” futbol turnirinin məqsədi gənclər arasında sülh və bəşəri dəyərləri təbliğ etmək, sülh quruculuğu və mədəniyyətini gənclər arasında diqqət mərkəzində saxlanılmasına çalışmaqdır. Layihə istiqamətində 10-15 yaşlı məktəblilər arasında futbol turnirinin təşkil olunması və Sülh üçün Oyna adlı video çarxın hazırlanması nəzərdə tutulmuşdur. Tədbiri ilk olaraq layihə rəhbəri Orxan Rəhimzadə açdı və layihənin mahiyyəti barədə məlumat verdi. Azərbaycan Gənclərinin Avropaya İntqerasiyası Təşkilatı (AGAT) Təşkilatının sədri Nərgiz Xələf də çıxış edərək gənclərə sülhlə bağlı mesajını çatdırdı. Daha sonra Qarabağ Futbol Klubunun baş məşqçisi Qurban Qurbanova söz verildi. O da öz növbəsində layihə ilə bağlı fikirlərini bölüşdü və gənclərə uğurlar arzuladı. Növbəti olaraq layihə müddətində keçirilən futbol turnirinin qalibləri müəyyən olundu. Beləliklə, 1-ci yeri Xocəsən İdman məktəbi, 2-ci yeri Suraxanı İdman məktəbi, 3-cü yeri İOKİM idman məktəbi qazandı. Onlar layihə rəhbəri və AGAT təşkilatı tərəfindən kubokla təltif olundular. Ümumilikdə turnirdə iştirak edən bütün komandalara sertifikat verildi. Sonda məktəblilər və Qurban Qurbanov arasında maraqlı disskusiya baş verdi. Qeyd edək ki, Qurban Qurbanovla görüş “Sülh üçün Oyna” layihəsinin tərəfdaşı olan Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) tərəfindən təşkil olunmuşdur
Qurban Qurbanovun layihə ilə bağlı fikirlərini aşağıdakı linkdən izləmək olar:
https://www.youtube.com/watch?v=uTzarbvDwLU
Fuad




 
Bölməyə aid digər xəbərlər
19.04.2019
UEFA Avropa Liqasının bütün yarımfinalçıları məlum olub
19.04.2019
Futbol üzrə Şotlandiya millisinin baş məşqçisi istefa verib
19.04.2019
Ronaldo gələn il Turin klubundan ayrıla bilər
18.04.2019
Mourinyo: Messini qəfəsə salmaq lazımdır
18.04.2019
İtaliya futbolçusu “Qızıl buts”a namizədlərin sırasında

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10749

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Milli mədəniyyətimizin fədakar tədqiqatçısı və təmsilçisi Babək Qurbanov haqqında
5 Rusiya Prezidenti Krasnoyarskdakı Azərbaycan diaspor rəhbərini təltif edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info