Taekvondoçularımız Antalyada beynəlxalq turnirlərdə qüvvələrini sınayacaq
Tarix: 12.02.2016 | Saat: 19:44:00 | E-mail | Çapa göndər


Fevralın 14-20-də Antalyada taekvondo üzrə beynəlxalq turnirlər keçiriləcək. Əvvəlcə fevralın 14-dən 16-dək Türkiyə Taekvondo Federasiyası (TTF) tərəfindən G1 kateqoriyalı üçüncü “Turkish Open” beynəlxalq turniri təşkil olunacaq. Ötən il İstanbulda keçirilən turnirdən Olimpiya Oyunlarına 1 lisenziya ilə Vətənə qayıdan və təlim-məşqləri davam etdirən kişilərdən ibarət yığma komandamız yarışlarda iştirak etmək üçün fevralın 12-də qardaş ölkəyə yollanacaq.
Komandamız reytinq xalları uğrunda mübarizəyə 15 idmançı ilə qatılacaq. Baş məşqçi Reza Mehmandoust və böyük məşqçi, Əməkdar məşqçi Elnur Amanov yarışda millinin üzvlərindən Məcid Sofiyev, İlham Əliyev (hər ikisi 54 kq), Zəlimxan Rəşidov, Məmmədalı Quliyev (hər ikisi 58 kq), Məhəmməd Məmmədov, Sina Bahrami, Maqomedyassin İbragimov (hər üçü 63 kq), Ayxan Tağızadə, Fariz Əliyev (hər ikisi 68 kq), Səid Quliyev, Xəyyam Nağıyev, Namaz Heydərov (hər üçü 74 kq), Seyid Əziz Bədirxanlı (80 kq) və Bayraməli Vəliyevə (87 kq) etimad göstərib. Gənclər yığması isə turnirdə 6 taekvondoçu ilə təmsil olunacaq. Baş məşqçi, Əməkdar məşqçi Məmməd Abdullayevin sərəncamında olan idmançılardan 48 kiloqram çəki dərəcəsində Cavid Məmmədov, Qaşım Maqomedov (55 kq), Ələsgər Əliyev (68 kq), Mert Çiçek (73 kq), Orxan Tağızadə (78 kiloqramdan yuxarı) və Gülsüm Gültekin (63 kq) mükafatlar uğrunda mübarizə aparacaqlar. Bir gün fasilədən sonra fevralın 18-20-də dördüncü klublararası Avropa çempionatı təşkil olunacaq. Respublikamızda fəaliyyət göstərən taekvondo klublarından “Gilan” 26, “Sumqayıt” 3, “Təhsil” Respublika İdman Mərkəzi 21 idmançı ilə qitə çempionatına qatılacaq. Çempionatda yığma komandanın heyətində yer alan taekvondoçular öz klublarını təmsil edəcəklər. Yarışlarda ədalət təmsilçilərimizdən isə Hakimlər Komitəsinin sədri, beynəlxalq dərəcəli hakim Elşən Quliyev və Elşad Məmmədov iştirak edəcək. Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayevin rəhbərlik etdiyi komanda Vətənə fevralın 20-də qayıdacaq.




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
“Messi ilə Ronaldo Qızıl Top-a layiq deyillər”
18.11.2018
Millətlər Liqası: Türkiyə İsvevçə məğlub oldu
18.11.2018
Azərbaycanın U-19 millisi gürcüstanlı həmyaşıdlarını məğlub edib
17.11.2018
Azərbaycan güləşçisi dünya çempionatının gümüş medalına sahib olub
17.11.2018
Azərbaycan millisi Farer adaları komandasını məğlub etdi

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10496

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info