“Diario de Noticias”: “Ukraynada yeni bir inqilab baş verə bilər”
Tarix: 12.02.2016 | Saat: 19:48:00 | E-mail | Çapa göndər


“Ukraynanın iqtisadiyyat naziri öz istefasını korrupsiyanın, qohumbazlığın və maliyyə cəhalətinin hər yerdə tüğyan eləməsi şəraitində islahatların mümkünsüzlüyü ilə əsaslandırıb”

Portuqaliya mətbuatı Ukraynanın getdikcə daha çox deqradasiyaya uğramasından yazıb. “Diario de Noticias” media qurumunda müəllif Bernardo Pires de Lima qeyd edir ki, Ukrayna hazırda təkcə geopolitik nəticələrilə yadda qalan postinqilabi fazaya qədəm qoymayıb, həm də antireformator dilemması ilə mübarizə aparmaqdadır.
Bu dilemma Ukraynanı müstəqillik qazandığı vaxtdan bəri müşayiət etməkdədir: “Belə çıxır ki, Ukrayna ilə Avropa Birliyinin azad ticarətlə bağlı razılaşması tamamilə qüvvəyə minməsinə baxmayaraq, Rusiya şərqdə münaqişəni dondurmağa və bununla da özünü Ukraynada konstitusional dəyişikliklərə veto qoymaqla təmin etməyə nail olub. Bundan başqa, Ukrayna iqtisadiyyatı da onun siyasi sistemini stabilləşdirməyə qadir deyil. Belə ki, 2015-ci ildə Ümumi Daxili Məhsul 12 faiz azalıb, sənaye istehsalı 10 faiz aşağı düşüb. Ukrayna qrivnası 70 faiz dəyərsizləşib, inflyasiya isə 40 faiz təşkil edib. Beynəlxalq Valyuta Fondu və Avropa Birliyinin vasitəçiliyi Ukraynaya tammiqyaslı islahatlar həyata keçirməyə imkan verir, amma ümumi mənzərə heç də buna imkan yaratmır. Bu ayın əvvəlində Ukraynanın iqtisadiyyat naziri istefaya gedib. O, öz istefasını korrupsiyanın, qohumbazlığın və maliyyə cəhalətinin hər yerdə tüğyan eləməsi şəraitində islahatların mümkünsüzlüyü ilə əsaslandırıb. Onun istefaya getməsini labüdləşdirən son damla isə Poroşenkonun əhatəsindəki adamların əsas vəzifələrə və böyük dövlət şirkətlərinə öz adamlarını təyin etmələri, onların Yatsenyuk hökumətinin oliqarxları ilə müxtəlif rəqabətləri olub.
Bundan başqa icraedici və məhkəmə hakimiyyətini siyasiləşdirmək cəhdəri bütün bu Ukrayna siyasətçilərinin az olan nüfuzuna sirayət edir və yaxın gələcəkdə növbəti seçkilərə apara bilər. Ukraynanın böyük xətaları, həm də müxalifətin acınacaqlı vəziyyəti və administrativ desentralizasiya prosesinin ləngiməsidir. Ukrayna hələ də dövləti oliqarxsızlaşdıra bilməyib”.
Yazı müəllifinin fikrincə, bütün bu kimi göstəricilərə görə, Ukraynada yeni bir inqilab baş verə bilər və bu, son 25 ildə 3-cü inqilab ola bilər.

İ.AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Rusiya-Azərbaycan münasibətləri fundamental xarakter alır
24.09.2018
Azərbaycan xarici ölkələrə silah satışını artırıb
24.09.2018
Əsas məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10141

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info