Biləsuvarda kənd təsərrüfatı sahəsində yeni iş yerləri yaradılacaq
Tarix: 12.02.2016 | Saat: 19:54:00 | E-mail | Çapa göndər


12 fevral 2016-cı il tarixdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev rayonun Dərvişli kəndində, Dərvişli, Aşağı Cürəli, Əsgərabad kəndlərinin ziyalıları, sahibkarlar, torpaq mülkiyyətçilərinin iştirakı ilə görüş keçirib.
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, “Aqrarkredit” Səhmdar Kredit Təşkilatının Salyan filialının müdiri Vaqif İslamov, hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə müəssisə, təşkilatlarının rəhbərləri və kəndlərin sakinləri iştirak edib.
Görüşdə çıxış edən Mahir Quliyev Prezidentin rəhbərliyi ilə respublikamızın son illərdə qazandığı nailiyyətlərdən danışaraq bildirdi ki, bu gün dünyada baş verən mürəkkəb siyasi proseslərə, qlobal iqtisadi böhranlara baxmayaraq, Azərbaycanda hərtərəfli sosial-iqtisadi inkişaf davam edir. Prezident dünyada və regionda gedən proseslərə baxmayaraq daima öz vətəndaşını düşünür və əhalimizin yaxşı yaşaması naminə əlavə tədbirlər görür. Ölkəmizdə sahibkarlığın və kənd təsərrüfatının inkişaf etdirilməsi, bu sahədə sahibkarlara və torpaq mülkiyyətçilərinə hərtərəfli köməkliklər göstərilməsi ilə bağlı dövlət başçısının tapşırıq və tövsiyyələrinə uyğun olaraq rayonumuzda da bu istiqamətdə müvafiq tədbirlər aparılır. Sahibkarlar və mülkiyyətçilərin qarşılaşdığı problemlərin operativ həlli, onlara köməkliklərin göstərilməsi və təkliflərinin dinlənilməsi və araşdırılması məqsədilə Biləsuvar Rayon icra Hakimiyyətində müvafiq qərargah yaradılıb və “Qaynar xətt” (295-02-11) istifadəyə verilib. M.Quliyev bildirib ki, Biləsuvar rayonu əsasən kənd təsərrüfatı rayonu olduğu üçün rayonda ilk növbədə bu sahədə əhəmiyyətli irəliləyiş əldə olunmalı, heyvandarlıq inkişaf etdirilməli və yeni iş yerləri yaradılmalıdır. Xüsusilə pambıqçılıq Biləsuvar rayonunda becərilən ənənəvi kənd təsərrüfatı sahəsidir. Sovetlər dövründə rayonda pambıqçılıq ən inkişaf etmiş sahəsi olmaqla əhalinin əsas gəlir mənbələrindən olub. Bu sahənin inkişafı üçün Biləsuvar rayonunun əlverişli şərait var. Son illər pambığın alış qiymətinin aşağı olması və hektara çəkilən xərclərin artması gəlirlərin azalmasına səbəb olduğundan torpaq mülkiyyətçilərində bu sahəyə maraq müəyyən qədər azalıb. Ölkə başçısının tapşırığına əsasən pambıqçılığın əhalinin məşğulluğunun təmin olunmasında vacib sahələrdən biri olduğunu qeyd etməsi və verilən tapşırıqlar əsasında pambığın alış qiymətinin artırılması bu sahənin yenidən inkişafı üçün zəmin yaradacaq. Rayonda fəaliyyət göstərən 2 pambıqtəmizləmə zavodunun, pambıq sahələrinin becərilməsində və məhsul yığımında istifadə olunan texnikaların olması, bu sahədə böyük potensiala malik təcrübə və marağı olan işçi qüvvəsinin olması pambıqçılığın rayonda inkişafına daha da böyük imkanlar yaradır. Hazırda kənd təsərrüfatı ilə, xüsusilə pambıqçılıqla məşğul olan fermerlərə toxum, gübrə alınmasında, aqrotexniki işlərin aparılmasında dövlət tərəfindən müvafiq köməkliklərin göstərilməsi, fermerlərin və emal müəssisələrin güzəştli şərtlərlə maliyyələşdirilməsi ilə bağlı müəyyən tədbirlər hazırlanır. Kəndlərdə heyvandarlıq inkişaf etdirilməli və bu sahədə məhsuldarlığın artırılması məqsədilə müasir texnoloji yeniliklərdən istifadə olunmalıdır.
Görüşdə “Aqrarkredit” Səhmdar Kredit Təşkilatının Salyan filialının müdiri Vaqif İslamov çıxış edərək bildirib ki, rayonlarda aqrar sahənin, xüsusilə pambıqçılığın inkişafı ilə bağlı ölkə rəhbərinin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mülkiyyətçilərə kənd təsərrüfatı kreditlərin verilməsi və bu sahədə maarifləndirmə işlərinin aparılmasına köməkliklər göstərirlər. Hər bir mülkiyyətçi bu məsələlərlə bağlı təşkilata müraciət edə bilər. Görüşün sonunda Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev Dərvişli, Aşağı Cürəli, Əsgərabad və Muğankənd kəndlərinin sakinlərinin problemlərini dinlədi və qaldırılan məslələlərin həll olunması məqsədi ilə aidiyyəti təşkilatlara tövsiyə və tapşırıqlarını verib. Sakinlər tərəfindən qeyd olunan hər bir problem və təkliflər ümumləşdirilərək icrası nəzarətə götürülüb.




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10468

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
3 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info