“Dünyada vəziyyət 2008-ci il böhranından daha pisdir”
Tarix: 13.02.2016 | Saat: 00:10:00 | E-mail | Çapa göndər


Türkiyə Prezidentinin baş müşaviri Yiğit Bulut iqtisadiyyatla bağlı açıqlamalarında Avropada bank sektorunun çətin günlər keçirdiyini deyib. Bulut türk sərmayəçilərinə müraciətində müjdəli bir xəbər verərək, Avropadan ucuz qiymətə şirkət almaq üçün münasib zamanın yaxınlaşdığını qeyd edib: “Avropada mərkəz bankların faiz strategiyası ilə əlaqədar bankların mənfəət əldə etməyəcəyinə dair ciddi təhlükə var. Avropa faizsiz bir dövrə girir. Bu vəziyyəti diqqətlə analiz edəndə, yunan və italyan və bəzi alman banklarının ciddi mənada çətin durumda olduğu üzə çıxır. Bugünlərdə bəlli oldu ki, “Deutsche Bank” 9,5 faiz dəyər itirib. Bəli, Avropa Birliyinin ciddi problemləri var. Mən hər zaman deyirəm ki, yeni dünya nizamında AB adlı güc mərkəzi olmayacaq. Artıq bunun ilk addımlarını görürük. AB-nin çöküşü qaçılmazdır. Amma bu vəziyyət Türkiyə üçün AB ölkələrində şirkət almaq üçün əla fürsətdir. Türk şirkətləri bunu yaxşı dəyərləndirməlidir”.

Qazaxıstanın ixracı 42,4 faiz aşağı düşüb
Dünyada düşən neft qiymətləri Qazaxıstan iqtisadiyyatına də mənfi təsir etməkdə davam edir. Qazaxıstan Mərkəzi Bankının məlumatına görə, 2015-ci ildə ölkə ixracatı 42,4 faiz aşağı düşüb. Qazaxıstan, 2014-cü ildə 80,3 milyard dollarlıq ixrac edərkən, bu rəqəm 2015-ci ildə 42,4 faiz azalaraq 46.2 milyard dollara qədər geriləyib.

“Dünyadakı vəziyyət yaxşıya doğru getmir"
Dünyanın ən böyük dəniz nəqliyyatı şirkəti olan “Maersk”in icraçı direktoru Nils Andersan, “Financial Times”a maraqlı açıqlamalar verib. Dünya ticarətinin əhəmiyyətli bir hissəsinin dənizlərdən həyata keçirildiyini deyən Andersanın iqtisadiyyatla əlaqədar söylədiyi sözlər iqtisadi bazarlar tərəfindən maraqla təqib edilir. Andersan qeyd edib ki, dünyada vəziyyət 2008-ci il böhranından daha pisdir: “Dünyadakı vəziyyət yaxşıya doğru getmir".

Almaniyada bütün paketlər pullu olacaq
Almaniyada bir ildə adambaşına ortalama 71 sellofan paket istifadə edilir. Ətraf mühit üçün olduqca zərərli olan sellofan paket istifadəsini azaltmaq məqsədi ilə hazırda yalnız marketlərdə pullu olan sellofan paketlərin tətbiqi, bütün dükanlara şamil olunacaq. “Der Spiegel” jurnalının məlumatına görə, Almaniya Ticarət Birliyi (HDE), 1 apreldən etibarən ilk mərhələdə iş yerlərinin 60 faizinə, 2018-ci ilə qədər isə 80 faizinə paketləri ödəniş qarşılığında verəcəklərini bildirib. Apreldən etibarən tekstil və elektronika sektorları də daxil olmaq üzrə bir çox sektorda paketlər pullu olacaq.
Nigar




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Paşinyanın növbəti iftirası: siyasi imicini itirmiş şoumen
19.09.2018
Pakistan məhkəməsi Nəvaz Şərifin həbsdən buraxılmasına qərar verib
19.09.2018
USAİD Gürcüstanda iqtisadi islahatlar üçün 1,5 milyard dollar ayırıb
19.09.2018
Şimali və Cənubi Koreya arasında hərbi sahədə əməkdaşlıq müqaviləsi imzalanıb
18.09.2018
Çin ABŞ-dan idxal olunan 5200-dən çox məhsulun rüsumunu artırır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info