Fransanın kənd təsərrüfatı tənəzzüldə
Tarix: 13.02.2016 | Saat: 00:14:00 | E-mail | Çapa göndər


Olland çıxış yolunu Rusiyaya tətbiq edilən sanksiyaları ya ləğv etmək, ya da yumşaltmaqda görür

Fransa prezidenti Fransua Olland ölkəsinin kənd təsərrüfatı sahəsindəki tənəzzülün səbəbləri barədə açıqlama verib. O deyib: “Fransada kənd təsərrüfatı sahəsindəki vəziyyət quraqlıq, heyvandarlıqdakı xəstəliklər və ətin ucuz qiymətə satılması nəticəsində pisləşib. Amma bütün bunlarla yanaşı, Rusiyaya qarşı tətbiq edilmiş embarqonun da təsiri nəzərə alınmalıdır”.
Bu məlumatı TASS informasiya agentliyi Fransanın “TF1” və “France 2” telekanallarına istinadən bildirib. Fransa kənd təsərrüfatı naziri Stefan le Folun fikirlərinə istinad edən prezident Fransua Olland Brüsseldə gedən çətin danışıqları nəzərə alaraq, təcili tədbirlər görülməsinin vacibliyini bildirib: “Mən bu yaxınlarda Almaniya kansleri Angela Merkellə kənd təsərrüfatındakı vəziyyətlə bağlı danışıqlar aparmışam. Biz Avropa Birliyi ölkələri kənd təsərrüfatı nazirlərinin bu il fevralın 15-də keçiriləcək görüşü zamanı irəliləyişə nail olacaqlarına ümid edirik. Hazırkı vəziyyətlə barışa bilmərik”. Olland onu da qeyd edib ki, hazırda ən doğru yollardan biri Rusiyaya qarşı tətbiq edilmiş embarqonu ya ləğv etmək, ya da yumşaltmaq olmalıdır. Xatırladaq ki, Fransanın sabiq baş naziri Fransua Fiyon da bir müddət bundan əvvəl Rusiyaya qarşı tətbiq edilmiş embarqonun aradan qaldırılmasının kənd təsərrüfatındakı vəziyyəti yaxşılaşdıracağını demişdi. Sabiq nazirin sözlərinə önəm verən hazırkı kənd təsərrüfatı naziri Stefan le Fol da bu istiqamətdə qəti addımların atılmasının vacibliyini bildirib: “Artıq gözləməyə dəyməz, Rusiyaya qarşı tətbiq edilmiş embarqo aradan qaldırılmalıdır”. Nazir Fransa prezidenti və hökumət üzvlərinin Rusiyaya qarşı tətbiq edilmiş embarqonu ləğv etmək istədiyini, lakin bu qadağanın Avropa Birliyi daxilində aparılan danışıqların nəticəsindən asılı olduğunu bildirib. Qeyd etmək yerinə düşər ki, Brüsseldəki diplomatik mənbələrdən verilən məlumata görə, Rusiyaya qarşı tətbiq edilmiş iqtisadi embarqonun aradan götürülməsi üçün Fransa ilə yanaşı, Almaniya və İtaliya dövlətləri də maraqlıdır. Diplomatik mənbələr bildirib ki, embarqonun yüngülləşdirilməsi məsələsi ilə bağlı danışıqlar bu ilin iyul ayında təşkil edilə bilər: “Avropa Birliyi daxilində son zamanlar Rusiyaya qarşı tətbiq edilmiş embarqonun əleyhinə çıxanların çoxluğunu nəzərə alan təşkilat bu məsələni iyul ayında müzakirəyə çıxara bilər”. Mənbə Polşa və Baltikyanı ölkələrinin embarqonun ləğvinin qəti əleyhinə olmalarına rəğmən, Almaniya, Fransa və İtaliyanın qadağaların aradan götürülməsində maraqlı olduqlarını nəzərə çatdırıb.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident nəticəsində azı üç nəfər ölüb
20.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident baş verib
20.09.2018
“ABŞ-ın tarixində “ən böyük səhv” Yaxın Şərqə qoşun yeritməkdir”
20.09.2018
Merkel və Putin arasında telefon danışığı olub
20.09.2018
ABŞ-ın ən böyük tarixi səhvi Corc Buşun Yaxın Şərqə qoşun yeritməsi olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info