“İŞİD”in 16 məsul şəxsi öldürüldü
Tarix: 15.02.2016 | Saat: 14:59:00 | E-mail | Çapa göndər


İraqın Ramadi şəhərində koalisiya qüvvələrinin keçirdiyi hava hücumu nəticəsində “İŞİD”in 16 məsul şəxsi öldürülüb.
Məlumata görə, bu barədə İraq Ordusunun Ənbar vilayətindəki hərbi hissəsinin komandiri İsmayıl əl-Məhləvi bildirib. Onun sözlərinə görə, “İŞİD” rəhbərlərinin toplantı keçirdiyi barədə məlumat daxil olub. İraq Ordusu və koalisiya qüvvələri toplantının keçirildiyi qərargahı bombalayıb. Nəticədə İŞİD terror qruplaşmasının rəhbərlərindən Ziya Adil Xəlil əl-Akavi və onun 15 köməkçisi məhv edilib.
Qeyd edək ki, bir gün əvvəl isə Suriyada “İŞİD”in təlimçi-cəlladının məhv edildiyi barədə xəbər yayılıb. Britaniyanın “Deyli Star” nəşrinin məlumatına görə, Britaniya xüsusi təyinatlı qüvvələrinin snayperi Suriyanın şimalında 1200 metr məsafədən açdığı atəşlə terror qruplaşmasının bölgə üzrə “baş cəlladı” təlim keçdiyi yerdə, dəstə üzvlərinə qurbanın başının necə kəsildiyini öyrətdiyi an vurulub.
İraqın paytaxtı Bağdad şəhərində isə terror aktları törədilib. Şəhərin bir neçə yerində partlayışların törədilməsi nəticəsində 5 dinc sakin ölüb, 15 nəfər yaralanıb. Şəhərin küçələrindən birində isə odlu silahla öldürülmüş 1 qadın, 1 kişi meyiti tapılıb. 
Tural




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Mari Le Pen Makron və Merkelə qarşı: Avropa ordusu heç bir halda meydana çıxmamalıdır
14.11.2018
Fransa hökumətində Donald Trampın tənqidi tvitlərinə şərh veriblər
14.11.2018
İsrailin müdafiə naziri Aviqdor Liberman istefa verib
14.11.2018
Merkel Avropa İttifaqının öz ordusunun yaradılması tərəfdarıdır
14.11.2018
Tramp İrana görə Tereza Meyi tənqid etdi

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10470

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info