“Kadr islahatları davam edəcək“
Tarix: 15.02.2016 | Saat: 15:41:00 | E-mail | Çapa göndər


"Ölkə Prezidentinin göstərişi belədir ki, ixtisara düşən insanlar işsiz qalmamalıdırlar. Kadr islahatları davam edəcək. Ayrı-ayrı sahələrin özəlləşməsi, dövlət müəssisələrinin birləşdirilməsi davam edəcək, kadr islahatları aparılacaq”.
“Report” xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.
S.Novruzovun sözlərinə görə, ölkə prezidentinin göstərişi belədir ki, ixtisara düşən insanlar işsiz qalmamalıdırlar: “Bu istiqamətdə ciddi addımlar atılır”.
YAP rəsmisi müxalifət partiyalarının hökumətə anti-böhran proqramları təqdim
etməsini də şərh edib: “Hər bir partiyanın, o cümlədən müxalifət partiyalarının işi alternativ təkliflər verməkdir. Müxalifət elə söyüş söyməklə məşğul olası deyil ki... Onlar təkliflər verməlidirlər, yəni hökumət hansısa nöqsanları görmürsə, müxalifət təklif verməklə dəstək olmalıdır”.
S.Novruzov bildirib ki, verilən təkliflərin hər biri nəzərdən keçirilir. Deputat eyni zamanda müxalifətlə dialoqun davam etdiriləcəyini də bildirib: “Bu məsələlər müzakirə olunur. YAP-da bu işlə partiyalararası əlaqələr və dialoq komissiyasının sədri Əli Həsənov məşğul olur. Yəqin ki, dialoq olacaq”.
Fəaliyyət göstərməyən və formal illik maliyyə hesabatı təqdim edən partiyalarla bağlı da danışan deputat deyib ki, bununla bağlı qanun layihəsi hazırlanır: “Hazırlandıqdan sonra Milli Məclisə təqdim olunacaq. Təkliflərimiz də qanun layihəsində əksini tapacaq. Azərbaycan qanunvericiliyində siyasi partiyaların hesabat vermələri əksini tapıb. Amma hesabat vermədiyi təqdirdə atılacaq addım qeyd olunmayıb. Bu məsələnin üzərində işləyirik. Hesabatlarını ağ kağız təqdim edən partiyalarda onlarla insan çalışır. Bu insanlar vergiyə cəlb olunmalıdır. Onlarla bağlı hüquqi ölçü götürülməlidir”.




 
Bölməyə aid digər xəbərlər
16.08.2019
Prezident Sərhəd Mühafizəsinin 100 illik yubileyi münasibətilə DSX-nin şəxsi heyətini təbrik edib
16.08.2019
“Sosial şəbəkə müxalifəti”: AXCP-ReAl “savaş”ı yeni müstəvidə
16.08.2019
Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
15.08.2019
“Söyüş və iaşə müxalifəti” şübhəli mənbələrdən maliyyələşir
15.08.2019
Azərbaycan komandası “Dəniz kuboku-2019” beynəlxalq yarışlarının qalibi olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10858

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”
4 Həyata keçirilən sosial paketlər birbaşa əhalinin rifahının yaxşılaşdırılmasına istiqamətlənib
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info