Nigeriyada yaşayan yeganə azərbaycanlı ölkəmizi xeyriyyə aksiyasında təmsil edib
Tarix: 15.02.2016 | Saat: 16:43:00 | E-mail | Çapa göndər


Nigeriyanın Laqos şəhərində Xeyriyyə üçün Beynəlxalq Qadınlar Təşkilatının reallaşdırdığı “Kiçik dünya” adlı xeyriyyə aksiyası keçirilib.
Tədbirdə Laqos şəhərində yaşayan 36 ölkənin nümayəndələri (Fransa, İtaliya, İngiltərə, Türkiyə, ABŞ, Qazaxıstan, Almaniya, Hindistan, Belçika və.s) öz xalqlarının tarix, mədəniyyət, mətbəx və musiqisini nümayiş etdiriblər.
Azərbaycanı bu tədbirdə Nigeriyada yaşayan yeganə azərbaycanlı, Beynəlxalq Qadınlar Təşkilatının maliyyə meneceri Billurə Bayramova təmsil edib.
B.Bayramova bildirib ki, festivalda qonaqlara Azərbaycanın ləziz yeməkləri- dolma, qutab, plov, paxlava təqdim olunub. Ölkə mediasına və iştirakçılara Azərbaycanın tarixi və mədəniyyəti barəsində geniş məlumat verilib.
Bildirib ki, mərasimə müxtəlif ölkələrin səfirləri, Laqosda yerləşən məşhur şirkətlərin nümayəndələri, Nigeriyanın mədəniyyət naziri və digər rəsmi şəxslər qatılıb. Aksiyanın açılış və bağlanış mərasimində Azərbaycanı milli geyim və bayrağımızla Fransa vətəndaşı Antuan Bernard təmsil edib.
Onun sözlərinə görə festivalın təşkilində əsas məqsəd Nigeriyada yaşayan müxtəlif dövlətlərin vətəndaşlarının öz ölkələrini təmsil və təbliğ etmək, özlərinə məxsus təamları bölüşmək, musiqi, mədəniyyəti və tarixləri barədə iştirakçılara dolğun məlumatlar verməkdən, həmçinin aksiyasından əldə olunan vəsaiti Nigeriyadakı məktəb, xəstəxana, uşaq və qocalar evlərinə yönəltməkdən ibarətdir.
Tural




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Yüksək Texnologiyalar Parkında startapçılar ABŞ-ın müvəqqəti işlər vəkili ilə görüşüb
15.11.2018
“Vəkillik dövlət və cəmiyyət arasında münasibətlərin stabilizatorudur”
15.11.2018
Bakıda beynəlxalq konfrans keçirilir
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10480

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info