Ermənistan dini liderlərinin banklarda böyük məbləğdə pulları aşkarlandı
Tarix: 15.02.2016 | Saat: 17:21:00 | E-mail | Çapa göndər


Beynəlxalq Jurnalist Araşdırmaları Konsorsiumu (ICIJ) İsveçrənin HSBC bankında hesab açmış Ermənistandan olan müştərilərin siyahısını dərc edib. "Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, araşdırmalar "SwissLeaks" tərəfindən aparılıb.
Araşdırmanın nəticələrinə görə, Ermənistanla bağlı 10 müştəri (onlardan 4-ü erməni pasportuna/vətəndaşlığına malikdir) 1989-2006-cı illərdə 23 bank hesabı vasitəsilə 21 müştəri hesabı açıb. Ermənistandan olan müştəriylə bağlı maksimum pul məbləği 5,8 milyon ABŞ dolları təşkil edib.
21 müştəri hesabından 17-si fərdi şəxslər, 2-si offşor şirkətlər tərəfindən açılıb, 2-si isə "nömrəli" hesabdır. Bu 10 müştərinin 2006-2007-ci illərdə bankda 15,4 milyon ABŞ dolları saxladığı qeyd olunur.
Bu 10 müştəri arasına bütün ermənilərin Ali Patriarxı və Katolikosu II Qaregin də daxildir. 2006-2007-ci illərdə onun hesabında 1 074 926 dollar vəsait olub.
Erməni Apostol Kilsəsi olan Eçmiadzindən bildirilib ki, hesab kilsənin maraqları və xeyriyyə üçün katalikosun sələfi tərəfindən açılıb və onun ölümündən sonra eyni məqsədlər üçün II Qareginin adına keçirilib.
İsveçrə banklarında hesabları olanlar arasında Ermənistan Milli Elmlər Akademiyasının prezidenti Radik Martirosyan, 2006-2007-ci illərdə hesabında 3 960 278 ABŞ dolları olan arxiyepiskop Şaqe Acemyan, Erməni Apostol Kilsəsi Fransadakı yeparxiyasının şura üzvü, katalikos II Qaregin və arxiyepiskop Şaqe Acemyanla sıx münasibətləri olan Serj Bedoyan da var.
Bedoyan hər il Fransadakı erməni universitetlərdə təhsil alan tələbələr üçün Ermənistana turlar təşkil edir. 2014-cü ildə Ermənistan prezidenti Serj Sarqsyan Ermənistan və diaspor arasındakı əlaqələrin möhkəmlənməsinə verdiyi töhfəyə görə onu Movses Xorenatsi medalı ilə təltif edib. Məlumata görə, 2006-2007-ci illərdə S.Bedoyannın altı müştəri hesabında ümumilikdə 5 818 919 ABŞ dolları məbləğində pul vəsaiti olub.
Qeyd edək ki, bu məlumatlar HSBC bankının sabiq əməkdaşı Erve Falçiani tərəfindən yayılıb. E.Falçiani bütün bu məlumatları Fransa vergi orqanlarına verərək onların vergidən yayınmaq üzrə araşdırmaya başlamasına səbəbkar olub. Sonradan sənədlər Fransanın "Le Monde" qəzeti vasitəsilə Beynəlxalq Jurnalist Araşdırmaları Konsorsiumuna çatıb.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
“İrəvan meriyasına seçkilər yalan və riyakarlığın nümunəsidir”
25.09.2018
Yaxın Şərq böyük müharibə ərəfəsində
25.09.2018
Kvirikaşvili AYİB-in beynəlxalq məsləhətçisi olub
25.09.2018
TASS: Azərbaycan silah bazarında Rusiya Federasiyasının iri tərəfdaşıdır
24.09.2018
Yerevan meri postuna seçkilərdə xeyli qanun pozuntusu və insident qeydə alınıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info