Paytaxtda 9 nəfər oğru tutulub
Tarix: 15.02.2016 | Saat: 17:32:00 | E-mail | Çapa göndər


Bakıda oğurluqla məşğul olan şəxslər tutulub. Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, Xətai RPİ 36-cı PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 12-nə keçən gecə, C.Kərimov küçəsində Elşən Rəfiyevə məxsus mağazadan qapının kilidini sındırmaqla tütün məmulatları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri - 1987-ci il təvəllüdlü Faiq Mikayılov, 1985-ci il təvəllüdlü Namiq Qurbanov, 1991-ci il təvəllüdlü Anar Kərimov, Sumqayıt şəhər sakinləri - 1988-ci il təvəllüdlü Telman Əhmədov, 1990-cı il təvəllüdlü Nizami Bayramov, 1991-ci il təvəllüdlü Yaqub Qəniyev və əvvəllər məhkum olunan Məhəbbət Əhmədov tutulub. Müəyyən edilib ki, onlar fevralın 12-nə keçən gecə Zığ yolu küçəsində Şahmalı Əlizadəyə məxsus mağazadan qapını sındırmaqla 740 manat, planşet və ərzaq malları oğurlayıblar.
Bundan başqa Qaradağ RPİ CAŞ, TŞX və 10-cu PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini 1969-cu il təvəllüdlü Əli Allahverdiyev tutulub. Müəyyən edilib ki, o, fevralın 8-də «Binə» ticarət mərkəzinin yaxınlığında Təranə Aslanovaya məxsus «BMW» markalı avtomobildən şüşəni sındırmaqla içərisində 100 manat, 40 min manat dəyərində qızıl-zinət əşyaları və sənədlər olan əl çantasını, fevralın 12-də Arif Kərimova məxsus «Mercedes» markalı avtomobildən 80 manat, şəxsiyyət vəsiqəsi, mobil telefon və fevralın 13-də Pərvanə Eynəliyevaya məxsus «Nissan» markalı avtomobildən isə planşet, 1200 manat və 100 ABŞ dolları oğurlayıb.
Xətai RPİ 35-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 24-də Naximov küçəsində Tahir Bayramovun mənzilindən qapının kilidi sındırılmaqla 50 ədəd stul, 2 ədəd su qızdırıcısı, 2 ədəd elektrik mühərriki, televizor və soyuducu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, 1970-təvəllüdlü Cahangir Mirzəyev tutulub.




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10468

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
3 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info