“Cənubi Qafqazda vəziyyətin qarışıq olmasının əsas səbəbi Dağlıq Qarabağ münaqişəsidir”
Tarix: 15.02.2016 | Saat: 18:12:00 | E-mail | Çapa göndər


“Cənubi Qafqazda vəziyyət daha qarışıqdır. Bunun əsas səbəbi Dağlıq Qarabağ münaqişəsidir”.
Bu barədə Avropa Siyasi Mərkəzi (European Policy Centre) adlı beyin mərkəzinin eksperti Amanda Pol “New Europe” nəşrinə müsahibəsində deyib.
A. Pol bildirib ki, “Şərq tərəfdaşlığı” proqramı arzulanan formada fəaliyyət göstərməsə də, o hələ bitməyib və bu təşəbbüsün funksionallaşdırılması istiqamətində nümayiş etdirilən siyasi iradə üstün gələcək.
Yaranmış çıxılmaz vəziyyətin səbəblərindən biri Rusiyanın reaksiyasını göstərən ekspert “Şərq tərəfdaşlığı”na daxil olan 6 ölkənin əməkdaşlıq etməməsinin mövcud durumla bağlı həqiqi mənzərəni əks etdirmədiyini bildirib. “Bəzi ölkələr arasında əməkdaşlıq mövcuddur. Ukrayna və Moldovanın transsərhəd cinayətkarlığı kimi ümumi problemi var və onlar Dnestryanı nizamlanmasında əməkdaşlıq edir, ticarət və siyasi əlaqələri var. Cənubi Qafqazda isə vəziyyətin daha qarışıq şahidi oluruq. Bunun da əsas səbəbi Dağlıq Qarabağ münaqişəsidir. Ermənistan və Azərbaycan ümumiyyətlə əlaqələr qurmur, bu isə Gürcüstanın vəziyyətini çətinləşdirir. Lakin bildiyimə görə Belarusun bütün tərəfdaş ölkələrlə əlaqələri mövcuddur”, - deyə o qeyd edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Bu tarixi bilmək lazımdır və ya keçmişin dərsləri
19.11.2018
Prezidentin Belarusa səfəri ölkələrimizin iqtisadi əlaqələrində yeni bir mərhələnin əsasını formalaşdırır
19.11.2018
Almaniyadakı azərbaycanlı alimlərin konfransı keçirilib
19.11.2018
İsveçrə Azərbaycanlıları Koordinasiya Şurasının toplantısı keçirilib
19.11.2018
Dövlət Komitəsinin nümayəndə heyətinin Amerikaya səfəri Vaşinqtonda davam edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info