«Neftçilər»də stansiyanın adına uyğun mozaik lövhələr yaradılır
Tarix: 15.02.2016 | Saat: 18:13:00 | E-mail | Çapa göndər


Bakı metropoliteni stansiyalarının zahiri görkəmində aşkar qüsurlar, tökülmək təhlükəsi yaranmış plaftorma və yol divarları, həmçinin keçidlərində müvafiq təmir işləri davam etdirilir.
Bakı Metropolitenindən verilən məlumata görə, ötən il təmir edilmiş «İnşaatçılar», «Nərimanov» və «Gənclik» stansiyalarının keçidləri əsaslı təmir edilərək, tam yeniləşmiş görkəmi ilə sərnişinlərin istifadəsinə verilmişdi. Hətta «Nərimanov» və «Gənclik» stansiyalarının keçidləri metropolitenin bir sıra sosial layihələrinin keçirildiyi məkana da çevrilərək sərnişinlərin rəğbətini qazanıb.
Bu tədbirlərin davamı olaraq, «Neftçilər» stansiyasının keçidlərində də təmir işlərinə başlanılıb. Hazırda stansiyanın 2-ci vestibülünün keçidlərinin divarlarında istismar müddətini başa vurmuş örtük sökülür. Yeni layihəyə əsasən, keçidlərin divarlarında stansiyanın adına uyğun mozaik lövhələrin yaradılması nəzərdə tutulub.
Bu işlər yekunlaşdırıldıqdan sonra birinci vestibülün keçidlərinin təmirinə başlanılacaq. Təmir zamanı sərnişinlərin keçidlərdən istifadə olunmasına hər bir şərait yaradılıb.
Qeyd edək ki, «Bakı Metropoliteni» QSC sədrinin təsdiqlədiyi tədbirlər planına uyğun olaraq, «Nizami» stansiyasının qatar yolu divarlarında mərmər örtüyün dəyişdirilməsinə də başlanılıb. 2-ci yolun köhnə mərmər örtüyü artıq sökülüb. Növbəti mərhələdə tor şəbəkə qurulacaq və yeni mərmər təbəqənin yığılmasına başlanılacaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Türkiyə mediası: “Star” zavodu satış üçün istehsala yanvarda başlayacaq”
14.11.2018
Büdcə haqqında qanun layihəsi birinci oxunuşda təsdiq edilib
14.11.2018
ABŞ nəşri: “Bakı Limanı İpək Yolunda ticarət üçün əhəmiyyətli bir dəhlizdir”
14.11.2018
Türk Hava Yolları: Yüklənmə səviyyəsi oktyabr ayında 83,4%-ə çatıb
14.11.2018
Dövlət Gömrük Komitəsinin Akademiyasının məzunları komitədə işlə təmin olunublar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10470

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info