“Wanderlust”un ölkəmizə qarşı bundan əvvəl də qərəzli münasibəti qeydə alınıb”
Tarix: 15.02.2016 | Saat: 18:35:00 | E-mail | Çapa göndər


Azərbaycan XİN “Wanderlust” adlı səyahət jurnalının tərtib etdiyi “Dünyanın ən çətin viza alınan 10 ölkəsi” siyahısına Azərbaycanın da adının daxil edilməsi ilə əlaqədar jurnalın redaksiyasına etiraz məktubu göndərib.
Bu barədə XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib. O bildirib ki, “Wanderlust” jurnalının mətbuat azadlığı prinsipinə hörmət edərək Azərbaycanın mövqeyini işıqlandıracağını gözləyirlər: "Wanderlust” səyahət jurnalının Azərbaycana qarşı bundan əvvəl də qərəzli münasibəti qeydə alınıb. Belə ki, 2014-cü ildə jurnalın əməkdaşı Mark Stratton Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz turizm səfərləri təşkil edən "Regent Holidays" şirkətinin dəstəyi ilə işğal olunmuş ərazilərdə olub. Onun hazırladığı material  “Wanderlust” jurnalında dərc edilib. Hələ o zaman bu qanunsuz fəaliyyətə görə jurnala və müvafiq olaraq "Regent Holidays" şirkətinə ciddi narazılığımız ifadə olunub. Mark Strattonun adı "arzuolunmaz şəxslər" siyahına daxil edilib. "Regent Holidays" şirkəti ilə əlaqəli şəkildə “Wanderlust” jurnalında Azərbaycanın işğal olunmuş ərazilərinin “turizm” imkanlarını təşviq edən yazırlar yenə də yer alır". 
H. Hacıyevin fikrincə, istisna deyil ki, “Wanderlust” səyahət jurnalı tərəfindən Azərbaycanın adının 10 ən çətin viza verilən ölkələr siyahısına daxil edilməsi bu qərəzli münasibətin növbəti göstəricisidir.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
Demokratiyanın tələbləri
23.01.2019
Sevinc Fətəliyeva: Hər bir KİV yaydığı xəbərə görə məsuliyyət daşıdığını unutmamalıdır
23.01.2019
Azərbaycan sülhməramlıları Cənubi Sudana yola düşüb
23.01.2019
“Azərbaycan təcrübəsi, əldə etdiyimiz nəticələr siyasətimizin doğru olduğunu nümayiş etdirir”
23.01.2019
Davos görüşü Düşənbə və Sankt-Peterburqdakı görüşlərin davamı kimi qiymətləndirilə bilər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
3 Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi
4 Türkiyə hərbçiləri Suriyada “YPG“ terrorçularına layiqli cavab veriblər
5 Əli Abdalov Mehman Hüseynovla barışıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info