Siciliya şirkətləri ölkəmizlə əlaqələr qurmaqda maraqlıdırlar
Tarix: 15.02.2016 | Saat: 18:38:00 | E-mail | Çapa göndər


İtaliyanın Siciliya bölgəsinin mərkəzi şəhəri olan Palermoda Azərbaycanda mövcud biznes mühiti və ölkəmizin iqtisadi potensialının diqqət mərkəzində olduğu konfrans keçirilib.
Tədbirdə italiyalı iş adamları, Siciliya bölgəsinin iqtisadi və ticarət institutlarının nümayəndələri, eləcə də Azərbaycanın Siciliya və Kalabriya regionlarındakı fəxri konsulu Domeniko Koko və başqaları iştirak ediblər. Konfransın məqsədi Azərbaycanda fəaliyyət göstərməkdə maraqlı olan italiyalı iş adamlarını ölkəmizin iqtisadi inkişafı, mövcud investisiya mühiti, respublikamızda ön planda olan sektorlar barədə məlumatlandırmaq olub. Tədbirdə 20 Siciliya şirkətinin təmsilçilərindən ibarət nümayəndə heyətinin Azərbaycana nəzərdə tutulan səfəri müzakirə edilib. Əsasən aqrobiznes, sənətkarlıq, tikinti və dizayn sahələrində fəaliyyət göstərən bu şirkətlərin nümayəndələri ölkəmizdə yeni biznes tərəfdaşları qazanmaq və təmsil etdikləri şirkətlərin hədəflərinə uyğun fəaliyyət istiqamətlərini müəyyənləşdirmək üçün danışıqlar aparacaqlar.
Konfransda Azərbaycanın Böyük İpək yolu üzərində yerləşən, sürətli iqtisadi inkişafa malik və strateji baxımdan əhəmiyyətli ölkə olduğu qeyd edilib. Vurğulanıb ki, Azərbaycan hazırda Avropanın enerji siyasətində mühüm rola malikdir. Bu gün Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsinə böyük diqqət ayrılır, bu da öz növbəsində xarici investorları cəlb edir.
Tədbirdə çıxış edən Palermo bələdiyyəsinin müşaviri Covanna Marano bildirib ki, Siciliya şirkətləri beynəlxalq əlaqələrini genişləndirməyə önəm verirlər. “Bu baxımdan Azərbaycan tərəfdaşlıq qurmaq istədiyimiz ölkələrdəndir. İnanıram ki, mədəni və iqtisadi əməkdaşlığımızı genişləndirmək üçün italiyalı iş adamlarının Azərbaycana səfəri böyük imkanlar yaradacaq”, - deyə Covanna Marano bildirib.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.02.2019
“Bulanıq suda balıq tutmaq zamanı bitib”
18.02.2019
“İri topdan satış müəssisələrində 930 milyonluq dövriyyənin gizlədildiyi aşkarlanıb”
18.02.2019
Fitch: “2019-cu ildə Azərbaycanda iqtisadi artım 3,5 faiz təşkil edəcək”
18.02.2019
Şahin Mustafayev: 22 mindən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur
18.02.2019
Neapol və Səməd bəy Mehmandarov küçələri yenidən qurulur

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10599

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info