Lənkəran teatrında yeni uşaq tamaşası
Tarix: 15.02.2016 | Saat: 18:45:00 | E-mail | Çapa göndər


Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında yazıçı Xanım Həsənovanın “Tülkü, Tülkü, Tünbəki” adlı musiqili-nəğməli nağıl – pyesinin motivləri əsasında hazırlanmış tamaşanın premyerası keçirilib. Alleqorik səpkidə qurulan bu səhnə əsərinin mövzusu cəmiyyətdə sülhün, dostluq və mehribançılıgın təbliğinə həsr olunub. Yaradıcı kollektiv personajların dili ilə cəmiyyətdəki nöqsanları qamçılayır, qəddarlığı, rəziləti pisləyir, insanları sevib-sevilməyə, xoşbəxt yaşamağa səsləyir. Tamaşanın sujet xəttindən də aydın olduğu kimi, meşədə bütün heyvanlar dostluq şəraitində yaşamağa qərar verirlər. Amma Tülkü ilə Çaqqal bu dostluqdan, mehribançılıqdan xoşhal deyillər. Onlar bu mehribançılığı pozmaqla meşədəki sakitliyə son qoymağır, meşə sakinləri arasında nifaq toxumu səpməyi qarşılarına məqsəd qoyurlar. Lakin onların bu niyyəti ürəklərində qalır. Məsələdən xəbər tutan meşə sakinləri Tülkü ilə Çaqqalı cəzalandırır, nəticədə yenidən mehribançılıq, dostluq və sülh bərqərar olur. Uşaqların böyük maraqla izlədikləri tamaşanın quruluşçu rejissoru Tərlan Abdullayev, rəssamı Tərlan Sadıqov, musiqi tərtibaçısı Fərahim Fərəcovdur. Rolları aktyorlardan Hikmət Cəfərov, Sayad Əliyev, Emin Fərzullayev, Şəbnəm Hüseynova, Emil Rzayev və “Ümid” teatr studiyasının üzvləri ifa edirlər.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info