Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində “Nabat” filmi nümayiş etdirilib
Tarix: 15.02.2016 | Saat: 19:01:00 | E-mail | Çapa göndər


Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində Azərbaycan kinematoqrafçılarının çəkdiyi “Nabat” filmi nümayiş etdirilib.
Filmin nümayişindən əvvəl Muxtar respublikanın Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Əli Rzayev çıxış edərək hər həftə Azərbaycan filmlərinin göstəriləcəyini bildirib. Qeyd edib ki, nazirliyin həyata keçirdiyi bu layihə kinosevərlərə həm uzun illər bundan əvvəl, həm də son illərdə çəkilmiş filmlərlə tanış olmaq imkanı yaradacaq. Bu gün göstərilən “Nabat” filmi son illərdə çəkilib. Film dünyanın onlarla ölkəsində nümayiş etdirilib, 22 festivalda iştirak edib.
İtaliyanın mötəbər Venesiya festivalının (2014) mükafatını qazanıb.
Məlumat verilib ki, xalqımızın ən ağrılı problemi olan Qarabağ mövzusuna həsr edilən filmin yaradıcıları Elçin Musaoğlu, Əbdülrəhim Bəşərat, Elxan Nəbiyev və başqalarıdır. Yaradıcı heyət təsirli ekran əsəri yaratmağa nail olub.
Sonra “Nabat” filmi nümayiş etdirilib.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Gənc ailələr üçün yeni imkan: “Aqrar məhəllə” yaradılır
19.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
19.09.2018
Yol polisi sürücülərə müraciət edib
19.09.2018
Qaxın daha bir kəndi qazlaşdırılıb
19.09.2018
“Azərsu“: Bu il 21 rayon içməli su ilə təmin olunacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info