2015-ci ildə qeyri-neft məhsullarının ixracı 2014-cü illə müqayisədə 2,7 faiz artıb
Tarix: 15.02.2016 | Saat: 21:17:00 | E-mail | Çapa göndər


Ötən il Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 165 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib.
Dövlət Statistika Komitəsindən bildiriblər ki, 111 ölkəyə məhsul ixrac olunub, 147 ölkədən idxal olunub. Ticarət dövriyyəsinin 9,6 faizi MDB üzvü dövlətləri, 48,2 faizi Avropa İttifaqı ölkələri, 42,2 faizi dünyanın digər ölkələrinin payına düşüb.Bu müddətdə xarici ticarət dövriyyəsinin həcmi statistik məlumatlara əsasən, 25781 milyon ABŞ dolları, o cümlədən ixracın həcmi 16559,6 milyon dollar, idxalın həcmi 9221,4 milyon dollar təşkil edib, nəticədə 7338,2 milyon dollarlıq müsbət xarici ticarət saldosu yaranıb. İxrac edilmiş məhsulların ümumi həcmində xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, şəkər, bitki yağları, heyvan mənşəli piylər və yağlar, plastik kütlə və ondan hazırlanan məmulatlar, alüminium və məmulatlar, kimya sənayesi məhsullarının, idxal olunmuş məhsulların həcmində isə maşın, mexanizm, elektrik aparatları, avadanlıq, qara metallar və ondan hazırlanan məmulatlar nəqliyyat vasitələri və hissələri, ərzaq məhsulları, tütün və tütün məmulatları, əczaçılıq məhsullarının xüsusi çəkisi üstünlük təşkil edib. 2015-ci ildə qeyri-neft məhsullarının ixracı 2014-cü illə müqayisədə 2,7 faiz artaraq 1581,2 milyon dollar olub.

Təhminə




 
Bölməyə aid digər xəbərlər
20.07.2019
Azərbaycanda sahibkar qadınların daha çox olduğu rayonların adları açıqlandı
20.07.2019
KOBİA sahibkarların maarifləndirilməsi istiqamətində tədbirləri davam etdirir
20.07.2019
Dövlət Gömrük Komitəsinin məlumatı
20.07.2019
“Abşeron“ yatağında borudüzmə işlərinə başlanılıb
20.07.2019
TAP üzrə işlərin 88,5 faizi yekunlaşıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info