Daşqın Şikarov BƏƏ-nin vitse-prezidenti ilə görüşüb
Tarix: 15.02.2016 | Saat: 20:51:00 | E-mail | Çapa göndər


Fevralın 15-də səfir Daşqın Şikarov öz etimadnamələrini Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, baş naziri, Dubayın hakimi Əlahəzrət Şeyx Məhəmməd bin Raşid Əl Maktuma təqdim edib. Səfir D. Şikarov fəaliyyəti müddətində Azərbaycan-Ərəb Əmirlikləri əlaqələrinin daha da möhkəmləndirilməsində və inkişaf etdirilməsində əlindən gələni edəcəyini vəd edib, Azərbaycanın dost Ərəb Əmirlikləri ilə əməkdaşlığı bütün sahələrdə genişləndirmək niyyətində olduğunu bildirib.
Öz növbəsində Əlahəzrət Şeyx Məhəmməd bin Raşid Əl Maktum səfirə yeni vəzifəsində uğurlar diləyərək, fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafında öz adından və başçılıq etdiyi federal hökumətin adından dəstək verməyə hazır olduğunu diqqətə çatdırıb.
Etimadnamələrin təqdimat mərasimindən dərhal sonra səfir D. Şikarov mərasimdə iştirak edən Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər naziri Şeyx Abdullah bin Zayed Əl Nəhyan ilə görüşüb. D. Şikarov məhz dost ölkəyə təyinat almasından qürur hissi duyduğunu vurğulayıb, ölkələrimiz arasında mövcud əlaqələri daha yüksək səviyyəyə qaldırmaq üçün bütün səylə çalışacağını qeyd edib.
Xarici işlər naziri D. Şikarova uğurlar arzu edərək, dost Azərbaycanla ikitərəfli əlaqələrin inkişafına dəstək verməyə hazır olduğunu nəzərə çatdırıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.02.2019
Levan Çixeidze: Gürcüstan parlamenti Xocalı soyqırımını rəsmən tanımalıdır
21.02.2019
Müxalifət mitinqlərlə bağlı məsuliyyətdən niyə qaçır?
21.02.2019
Валентина Терешкова: не любить Азербайджан невозможно!
21.02.2019
Ərəstun Mehdiyev: Azərbaycan dövləti Əfqanıstan müharibəsinin veteranlarına hərtərəfli qayğı göstərir
20.02.2019
Öz liderinə xəyanət edənləri tarix bağışlamır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10611

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
3 ABŞ-da atışma: xəsarət alanlar var
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info