“Messi penaltidən ötürməni Suaresə yox, mənə vermişdi”
Tarix: 16.02.2016 | Saat: 00:21:00 | E-mail | Çapa göndər


“Əslində, Messi penaltidən ötürməni Suaresə yox, mənə vermişdi”.
Bunu “Barselona”nın braziliyalı hücumçusu Neymar deyib. İspaniya La Liqasının XXIV turu çərçivəsində dünən “Selta” ilə qarşılaşan “Barselona” rəqibini darmadağın edib - 6:1. Matçın diqqətçəkən məqamlarından biri 81-ci dəqiqədə yaşanıb. Belə ki, komandasına 11 metrlik cərimə zərbəsi qazandıran argentinalı hücumçu Lionel Messi topun başına özü keçsə də, fərqli qərar qəbul edib. O, zərbə vurmaq əvəzinə ötürmə edərək, komanda yoldaşı Luis Suaresin matçda het-trikini rəsmiləşdirməsinə şərait yaradıb. Oyundan sonra açıqlama verən Neymar isə həmin məqamı məşqdə fikirləşdiklərini və Messinin ona ötürmə verdiyini bildirib: “Leo penaltidən məhsuldar ötürmə verdi. Amma qolu Suares yox, mən vurmalı idim. Çünki ötürmə mənə edilmişdi. Penaltini bu cür yerinə yetirmək ev tapşırığı idi və onu məşqlərdə sınaqdan keçirmişdik. Sadəcə, mənim kimi, Luis də həmin mövqedə idi və məni qabaqladı”. Qeyd edək ki, "Barselona" məğlubiyyətsizlik seriyasını yaxşılaşdırıb. Kataloniya klubu məğlubiyyətsizlik seriyasını 30 oyuna yüksəldib.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
UEFA Çempionlar Liqasında ilk tura yekun vurulub
19.09.2018
UEFA Çempionlar Liqası: Roberto Firmino “Liverpul“ klubuna qələbə qazandırıb
18.09.2018
UEFA Çempionlar Liqası: “İnter” və “Barselona“ qələbə qazanıblar
18.09.2018
Bakıda Beynəlxalq Cüdo Federasiyası İcraiyyə Komitəsinin iclası keçirilib
18.09.2018
UEFA Çempionlar Liqası: Məhəmməd Salah Neymara qarşı

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info