Azərbaycan-Yunanıstan investisiya konfransı keçiriləcək
Tarix: 21.02.2013 | Saat: 23:48:00 | E-mail | Çapa göndər


Martın 6-8-də Bakıda Azərbaycan-Yunanıstan investisiya konfransı keçiriləcək. Tədbir Yunanıstan-Azərbaycan Ticarət və İqtisadiyyat Palatasının təşkilatçılığı və «Nomos Travel» turizm təşkilatı ilə əməkdaşlıq vasitəsilə təşkil ediləcək.
Yunanıstan-Azərbaycan Ticarət və İqtisadiyyat Palatasının əsas məqsədi transmilli korporasiyalar vasitəsilə Azərbaycanda iş görmək istəyən Yunanıstan şirkətlərinin ticarət və kommersiya əlaqələrinin inkişafına yardımçı olmaqdır. Bakıda keçiriləcək investisiya konfransında müxtəlif sahələrdə fəaliyyət göstərən iki ölkənin şirkətləri bir araya gələcək və onlar arasında ikitərəfli görüşlər keçiriləcək. Tədbirin işinə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu («Azpromo) və Yunanıstanın Bakıdakı Ticarət və Biznes Əlaqələri Bürosu da dəstək verəcək. Konfransa qatılan yunan şirkətləri öz məhsullarını təqdim etmək, Azərbaycan şirkətləri ilə əlaqələr yaratmaq, Azərbaycanda təmsil olunmaq, Yunanıstandakı investisiya imkanlarını nəzərə çatdırmaq, yerli idxal biznesinin imkanları ilə tanış olmaq, eləcə də Azərbaycan investorlarını Yunanıstana dəvət etmək imkanı qazanacaqlar.




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Ölkənin metallurgiya sənayesində 13 faizdən çox artım müşahidə olunub
22.09.2018
Səkkiz ayda istehsal edilmiş tikinti materiallarının dəyəri 31,7 faiz artıb
22.09.2018
Samux rayonunda 11 min tondan çox tərəvəz istehsal olunub
22.09.2018
“Azeri Light”ın qiyməti bahalaşıb
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10132

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info